• $
  • €
  • ₽
  • ₺
  • £

“Nar” şəhid və qazi ailələrindən olan uşaqlar arasında keçirilən yarışa dəstək oldu

“Nar” şəhid və qazi ailələrindən olan uşaqlar arasında keçirilən yarışa dəstək oldu
01.06.2021 17:49
"Nar” 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə şəhid və qazi ailələrindən olan uşaqlar arasında keçirilən "Qəhrəman övladları” yarışına dəstək oldu. "Həmrəy ol, qalib ol” İctimai Birliyinin təşkilatçılığı ilə reallaşan layihənin məqsədi qəhrəman övladlarının həyat tərzini istiqamətləndirmək, fiziki və psixi sağlamlıqlarını inkişaf etdirmək, onların bacarıqlarını ortaya çıxarmaq və idmana olan marağını artırmaqdır. 


Şəhid və qazi ailəsindən olan 16 uşağın iştirakı ilə keçirilən estafet yarışması Qəbələ Şəhər Stadionunda açıq havada baş tutub. Qalib gələn qəhrəman övladları "Nar” tərəfindən mükafatlandırılıb. 


Qeyd edək ki, şəhid və qazi ailələrinə xüsusi diqqətin göstərilməsi "Nar”ın sosial layihələrinin əsas istiqamətlərindən biridir. Mobil operator şəhid və qazi alilələrinin sosial qayğı ilə əhatə olunmasını daim diqqət mərkəzində saxlayacaq. 


"Azerfon” şirkəti ("Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. "Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. "Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. "Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 90%-ni əhatə edir və 8740-dan artıq baza stansiyası ilə 2,3 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir. Mobil operator şəbəkə keyfiyyətinin davamlı təkmilləşdirilməsi strategiyası çərçivəsində səs keyfiyyətinin nəzərəçarpacaq dərəcədə artımını və səsin təmiz ötürülməsini təmin edən "HD-Voice” (High Definition Voice) xidmətini təqdim edib. 






www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezidentin sosial şəbəkə hesablarına qarşı kiberhücumlar müşahidə olunur
Cəmiyyət 22:06
Prezidentin sosial şəbəkə hesablarına qarşı kiberhücumlar müşahidə olunur
Bakıda və Abşeronda şimal-qərb küləyinin sürəti 27 m/s-dək çatıb - faktiki hava
Cəmiyyət 18:35
Bakıda və Abşeronda şimal-qərb küləyinin sürəti 27 m/s-dək çatıb - faktiki hava
Ağstafada hərbi sursat partlayıb, bir nəfər ölüb, bir nəfər yaralanıb - yenilənib
Cəmiyyət 17:54
Ağstafada hərbi sursat partlayıb, bir nəfər ölüb, bir nəfər yaralanıb - yenilənib
Milli Qəhrəman Ehtiram Əliyev vəfat edib
Cəmiyyət 17:11
Milli Qəhrəman Ehtiram Əliyev vəfat edib
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
Cəmiyyət 16:59
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
Hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 15:52
Hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
Cəmiyyət 15:40
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
Qazaxda 3 ton ot bağlaması yanıb - video
Cəmiyyət 14:50
Qazaxda 3 ton ot bağlaması yanıb - video
Sabah Azərbaycanda intensiv yağış yağacaq, külək əsəcək
Cəmiyyət 12:48
Sabah Azərbaycanda intensiv yağış yağacaq, külək əsəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol