Zabuxu tərk edən erməni ailələrin son görüntüləri - FOTOLAR

Zabux və Laçında məskunlaşan ermənilərə oranı tərk etmək üçün verilən vaxt bu gün başa çatır. Ərazidə yaşayan son erməni ailələri artıq öz yükləri ilə birgə oranı tərk edir. Armenpress son erməni ailələrinin köç etməsi prosesini fotolarla lentə alıb.
Laçın rayonunun Zabux kəndindəki qanunsuz erməni icmasının rəhbəri Andranik Çavuşyan bildirib ki, 54 ailədən yalnız 7-si Qarabağda qalacaq, qalanları müxtəlif istiqamətlərdə Ermənistana köçəcək.
Prezident İlham Əliyev avqustun 12-də Basqal qəsəbəsində Azərbaycan Televiziyasına müsahibəsində bildirib ki, tezliklə Zabux sakinləri yurdlarına qayıtmalıdır.
"Biz Laçına qayıtmalıyıq, Zabuxa, Susa qayıtmalıyıq. Mən artıq Dövlət QAÇQINKOM-a göstəriş verdim, Laçın şəhərinin, Sus, Zabux kəndlərinin camaatı ilə əlaqə saxlasınlar. Biz yaxın zamanlarda onları öz doğma yerlərinə qaytaracağıq", - Əliyev bildirib.
























Ləman Qasımova
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 14:29
Suveren Fondların Beynəlxalq Forumunun 2028-ci il İllik İclası Azərbaycanda keçiriləcək

Siyasət 23:09
Azərbaycan və Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalanıb

Siyasət 21:58
İlham Əliyev və Kiriakos Miçotakis Azərbaycanın Avropaya qaz ixracını müzakirə ediblər

Siyasət 19:56
Prezidentin sosial media hesablarında "Avropa Siyasi Birliyi"nin Sammiti çərçivəsində dəyirmi masada iştirakına dair video paylaşılıb




















