• $
  • €
  • ₽
  • ₺
  • £

Klassik avtomobillərin yürüşünə qeydiyyat başlayır

Klassik avtomobillərin yürüşünə qeydiyyat başlayır
13.07.2024 18:56
Azərbaycan Avtomobil Federasiyasının (AAF) təşkilatçılığı ilə avqustun 25-də paytaxtda klassik avtomobillərin yürüşü və sərgisi keçiriləcək.

Ənənə halını alan yürüşdə 1984-cü ilədək istehsal olunan avtomobillər iştirak edəcək. Bunun üçün klassik avtomobil sahibləri avqustun 15-nədək AAF-ın elektron ünvanı [email protected] və ya (+99450) 295 01 00 nömrəsinə müraciət etməklə qeydiyyatdan keçə bilər.

Yürüşdən əvvəl Dənizkənarı Milli Parkda klassik avtomobillərin sərgisi təşkil olunacaq. Dənizkənarı Milli Park - Heydər Əliyev Mərkəzi -"Dreamland Golf Club” marşrutu üzrə yürüşdə AAF-da qeydiyyatdan keçən avtomobillərlə yanaşı Heydər Əliyev Mərkəzindəki daimi sərgidə nümayiş olunan bəzi klassik avtomobillər də iştirak edəcək. Müxtəlif illərdə və ölkələrdə istehsal olunan bu avtomobillərin hər biri nəinki müasir nəqliyyat vasitələrindən fərqlənən və nostalji hisslər yaradan görünüşü, həm də maraqlı tarixi ilə diqqəti cəlb edəcək.

Marşrutun sonunda "Dreamland Golf Club”da klassik avtomobillərin sərgisi keçiriləcək. Hər kəs bu avtomobillərin qarşısında gözəl foto çəkdirib, klassik avtomobillərin tarixi, özəllikləri ilə daha yaxından tanış olmaq imkanı qazanacaq. Burada tanınmış ifaçıların iştirakı ilə retro tərzdə konsert və əyləncə proqramı təqdim ediləcək, viktorinalar, geyim və avtomobillər üzrə müxtəlif nominasiyalarda qaliblər seçiləcək.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezidentin sosial şəbəkə hesablarına qarşı kiberhücumlar müşahidə olunur
Cəmiyyət 22:06
Prezidentin sosial şəbəkə hesablarına qarşı kiberhücumlar müşahidə olunur
Bakıda və Abşeronda şimal-qərb küləyinin sürəti 27 m/s-dək çatıb - faktiki hava
Cəmiyyət 18:35
Bakıda və Abşeronda şimal-qərb küləyinin sürəti 27 m/s-dək çatıb - faktiki hava
Ağstafada hərbi sursat partlayıb, bir nəfər ölüb, bir nəfər yaralanıb - yenilənib
Cəmiyyət 17:54
Ağstafada hərbi sursat partlayıb, bir nəfər ölüb, bir nəfər yaralanıb - yenilənib
Milli Qəhrəman Ehtiram Əliyev vəfat edib
Cəmiyyət 17:11
Milli Qəhrəman Ehtiram Əliyev vəfat edib
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
Cəmiyyət 16:59
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
Hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 15:52
Hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
Cəmiyyət 15:40
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
Qazaxda 3 ton ot bağlaması yanıb - video
Cəmiyyət 14:50
Qazaxda 3 ton ot bağlaması yanıb - video
Sabah Azərbaycanda intensiv yağış yağacaq, külək əsəcək
Cəmiyyət 12:48
Sabah Azərbaycanda intensiv yağış yağacaq, külək əsəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol