• $
  • €
  • ₽
  • ₺
  • £

ABŞ-də Azərbaycan Evinin açılışı olub

ABŞ-də Azərbaycan Evinin açılışı olub
18.08.2024 11:47
ABŞ-nin Virciniya ştatının Aleksandriya şəhərində Azərbaycan Evinin açılış mərasimi keçirilib.Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Azərbaycan diasporunun, yerli ictimaiyyətin və müxtəlif icmaların nümayəndələrinin iştirak etdiyi mərasimə qırmızı lentin kəsilməsi ilə start verilib. Azərbaycan Assosiasiyasının həmtəsisçisi Sevda Tahirli qonaqları salamlayaraq burada Azərbaycan icmasının səmərəli fəaliyyəti barədə məlumat verib, Azərbaycan Evinin açılışının ABŞ-dəki icma üçün böyük bir ərməğan olduğunu dilə gətirib.

Azərbaycan Evinin açılmasını icmanın fəallığının artmasına təsir təsir edən mühüm fakt kimi qiymətləndirən Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov bu əlamətdar hadisə münasibətilə soydaşları təbrik edib. Prezident İlham Əliyevin tapşırıq və tövsiyyələri əsasında həyata keçirilən layihələr barədə məlumat verən komitə sədri bildirib ki, bu günə qədər xarici ölkələrdə açılan Azərbaycan Evləri soydaşların şəbəkələşməsi baxımından xüsusi əhəmiyyətə malikdir.

Azərbaycanın ABŞ-dəki səfirliyinin müvəqqəti işlər vəkili Toğrul Əliyev Azərbaycan Evinin yaradılması münasibətilə soydaşları təbrik edib, Azərbaycan diasporuna uğurlar arzu edib. Azərbaycan Assosiasiyasının həmtəsisçisi, A-Level şirkətinin rəhbəri Ayan Əliyeva ABŞ-də soydaşların uğurlu fəaliyyətindən, Azərbaycanla bağlı həqiqətlərin ictimai-siyasi dairələrə çatdırılmasından və Azərbaycan Evi ilə bağlı planlarından danışıb.

Çıxışlarda ana dilinin, tarix və mədəniyyətin təbliğinin daha da artırılmasının, gənclərin diaspor fəaliyyətinə cəlb olunmasının önəmi vurğulanıb, Azərbaycan Evinin gələcəkdə bu işə böyük töhfələr verəcəyinə ümid ifadə olunub. Açılış mərasimindən sonra Virciniyadakı Azərbaycan icması ilə görüş keçirilib.

Azərbaycan Respublikasının və Amerika Birləşmiş Ştatlarının Dövlət Himnlərinin səsləndirilməsi ilə başlayan görüşdə Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi yad olunub.

Fuad Muradov dövlətin diaspor siyasəti və komitənin gördüyü işlər barədə məlumat verib. İcma üzvlərinin çıxışlarında ABŞ-dəki Azərbaycan icmasının koordinasiyalı fəaliyyətinin gücləndiyi, təşkilatlanma və şəbəkələşmə proseslərinin sürətləndiyi nəzərə çatdırılıb. Daha sonra diaspor fəaliyyəti ilə bağlı videoçarxlar nümayiş olunub. Görüş diaspor fəaliyyətinin keyfiyyət göstəricilərinin artırılması, informasiya platformalarında fəallıq, diaspor hərəkatının hədəfləri və s. kimi mövzularda qarşılıqlı fikir mübadiləsinin aparılması, icmanın gələcək fəaliyyət prinsiplərinin, perspektivlərinin müzakirəsi və sualların cavablandırlması ilə yekunlaşıb.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda və Abşeronda şimal-qərb küləyinin sürəti 27 m/s-dək çatıb - faktiki hava
Cəmiyyət 18:35
Bakıda və Abşeronda şimal-qərb küləyinin sürəti 27 m/s-dək çatıb - faktiki hava
Milli Qəhrəman Ehtiram Əliyev vəfat edib
Cəmiyyət 17:11
Milli Qəhrəman Ehtiram Əliyev vəfat edib
Ceyrançöldə mina partlayıb, ölən və yaralanan var
Cəmiyyət 17:09
Ceyrançöldə mina partlayıb, ölən və yaralanan var
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
Cəmiyyət 16:59
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
Hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 15:52
Hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
Cəmiyyət 15:40
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
Qazaxda 3 ton ot bağlaması yanıb - video
Cəmiyyət 14:50
Qazaxda 3 ton ot bağlaması yanıb - video
Sabah Azərbaycanda intensiv yağış yağacaq, külək əsəcək
Cəmiyyət 12:48
Sabah Azərbaycanda intensiv yağış yağacaq, külək əsəcək
Rumıniya yaxınlığında azərbaycanlıların olduğu gəmiyə dron hücumu olub
Cəmiyyət 12:30
Rumıniya yaxınlığında azərbaycanlıların olduğu gəmiyə dron hücumu olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol