• $
  • €
  • ₽
  • ₺
  • £

"Abzas Media" işi üzrə yeni ittihamlar irəli sürülüb

"Abzas Media" işi üzrə yeni ittihamlar irəli sürülüb
20.08.2024 12:48
"Abzas Media"nın direktoru Ülvi Həsəniyə, baş redktoru Sevin Vaqifqızına, jurnalist Elnarə Qasımovaya və araşdırmaçı jurnalist Hafiz Babalıya qarşı Cinayət Məcəlləsinin 7 maddəsi ilə yeni ittihamlar irəli sürülüb. Bu barədə Turan agentliyi məlumat yayıb. 
 
Belə ki, "Abzas Media işi" üzrə həbs olunan hər 4 şəxsə Cinayət Məcəlləsinin 192.3.2-ci, 193-1.3.1-ci, 193-1.3.2-ci, 206.4-cü, 320.1-ci və 320.2-ci, 213.2.1-ci maddələri ilə (xüsusilə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq, mütəşəkkil dəstə şəklində cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda pul vəsaitlərini leqallaşdırma, mütəşəkkil dəstə tərəfindən törədilmiş qaçaqmalçılıq, sənəd saxtalaşdırma və saxta sənədlərdən istifadə etmə, mütəşəkkil dəstə halında vergi ödəməkdən yayınma) yeni ittiham irəli sürülüb.
 
Bu ittihamların sanksiyasında 7 ildən 12 ilədək həbs cəzası nəzərdə tutulur.

Ülvi Həsənli, Sevinc Vaqifqızı və Elnarə Qasımova ittiham aktını imzalamaqdan imtina ediblər.
 
Avqustun 16-da "Abzas Media işi” üzrə həbs olunan Məhəmməd Kekalova qarşı yeni 7 ağır maddə ilə ittiham irəli sürülüb.
 
Ülvi Hsənli ötən il noyabrın 20-də Ülvi Həsənli həbs olunub. 

O Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçalmalçılıq) maddəsi ilə təqsirli bilinir. 
 
Bir müddət öncə məhkəmə Hafiz Babalının həbs müddətinin sentyabrın 20-nə kimi uzadılması ilə bağlı qərar qəbul edib. 
 
Turan agentliyinin iqtisadi xəbərlər şöbəsinin redaktoru Hafiz Babalı dekabrın 13-də saxlanılıb.
 
O, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin xarici valyuta qaçaqmalçılığını nəzərdə tutan maddəsi ilə ittiham olunur. 
 
Bir sıra beynəlxalq təşkilatlar həbs olunanların azad edilməsinə çağırıblar.
 
Sonuncu belə bəyanatla iqlim dəyişikliyi fəalı Qreta Tunberq  çıxış edib. 
 
O, Azərbaycan hökumətini COP 29 iqlim sammiti öncəsi həbs olunan vətəndaş cəmiyyəti təmsilçiləri və jurnalistləri azad etməyə çağırıb.
 
Rəsmi Bakı isə bu həbslərin arxasında siyasi motivlərin durmadığını bildirib.
 
Aytac 

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda və Abşeronda şimal-qərb küləyinin sürəti 27 m/s-dək çatıb - faktiki hava
Cəmiyyət 18:35
Bakıda və Abşeronda şimal-qərb küləyinin sürəti 27 m/s-dək çatıb - faktiki hava
Milli Qəhrəman Ehtiram Əliyev vəfat edib
Cəmiyyət 17:11
Milli Qəhrəman Ehtiram Əliyev vəfat edib
Ceyrançöldə mina partlayıb, ölən və yaralanan var
Cəmiyyət 17:09
Ceyrançöldə mina partlayıb, ölən və yaralanan var
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
Cəmiyyət 16:59
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
Hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 15:52
Hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
Cəmiyyət 15:40
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
Qazaxda 3 ton ot bağlaması yanıb - video
Cəmiyyət 14:50
Qazaxda 3 ton ot bağlaması yanıb - video
Sabah Azərbaycanda intensiv yağış yağacaq, külək əsəcək
Cəmiyyət 12:48
Sabah Azərbaycanda intensiv yağış yağacaq, külək əsəcək
Rumıniya yaxınlığında azərbaycanlıların olduğu gəmiyə dron hücumu olub
Cəmiyyət 12:30
Rumıniya yaxınlığında azərbaycanlıların olduğu gəmiyə dron hücumu olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol