• $
  • €
  • ₽
  • ₺
  • £

Avqustun 28-də 6 planet Günəşin bir tərəfində yer alacaq

Avqustun 28-də 6 planet Günəşin bir tərəfində yer alacaq
26.08.2024 15:04
Avqustun 28-də Yerin səmasında  6 planet Günəşin bir tərəfində bir birinin dalınca düzüləcək və  səhər saatlarında səmada eyni vaxtda görünəcək. Bu barədə  Moskva Planetariumu xəbər verir.

"Avqustun 28-də səhər altı planet və Ay bir birinin yanında düzüləcək.  Merkuri, Mars, Yupiter, Uran, Neptun, Saturn və Ay bunların hamısı təxminən 160 sektorda Günəşin bir tərəfində 16- dərəcə altında yerləşəcəklər”, - məlumatda bildirilib. 

Planetariumunun saytında qeyd edildiyi kimi, ilk olaraq saat 21:00-dan sonra Saturn və Neptun görünəcək, gecə yarısından sonra isə Uran, Yupiter, Mars və Ay üfüqün arxasından çıxacaq.

"Aydın havada, Neptun və Uran istisna olmaqla, bütün altı planeti adi gözlə müşahidə etmək olar. Günəşin parlaq şüalarında isə Neptun və Uranı görmək üçün teleskop və ya güclü durbin tələb olunur”, məlumatda bildirilib.

Planetarium əlavə edib ki, planetlərin növbəti böyük paradı 28 fevral 2025-ci ildə baş tutacaq. Saturn, Merkuri, Neptun, Venera, Uran axşam səmasında toplanacaq, onların yanında (şərqdə) Yupiter və Mars duracaq. 
 
Bu, yeddi planetin hamısının Günəşin eyni tərəfində olacağı və eyni vaxtda (Saturn, Merkuri və Neptun istisna olmaqla) səmada görünəcəyi ən yaxın tarixdir.
 
N.Təbrizli

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda və Abşeronda şimal-qərb küləyinin sürəti 27 m/s-dək çatıb - faktiki hava
Cəmiyyət 18:35
Bakıda və Abşeronda şimal-qərb küləyinin sürəti 27 m/s-dək çatıb - faktiki hava
Milli Qəhrəman Ehtiram Əliyev vəfat edib
Cəmiyyət 17:11
Milli Qəhrəman Ehtiram Əliyev vəfat edib
Ceyrançöldə mina partlayıb, ölən və yaralanan var
Cəmiyyət 17:09
Ceyrançöldə mina partlayıb, ölən və yaralanan var
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
Cəmiyyət 16:59
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
Hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 15:52
Hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
Cəmiyyət 15:40
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
Qazaxda 3 ton ot bağlaması yanıb - video
Cəmiyyət 14:50
Qazaxda 3 ton ot bağlaması yanıb - video
Sabah Azərbaycanda intensiv yağış yağacaq, külək əsəcək
Cəmiyyət 12:48
Sabah Azərbaycanda intensiv yağış yağacaq, külək əsəcək
Rumıniya yaxınlığında azərbaycanlıların olduğu gəmiyə dron hücumu olub
Cəmiyyət 12:30
Rumıniya yaxınlığında azərbaycanlıların olduğu gəmiyə dron hücumu olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol