• $
  • €
  • ₽
  • ₺
  • £

Lənkəran icra başçısına sui-qəsddə ittiham olunan şəxsin məhkəməsi başlayıb

Lənkəran icra başçısına sui-qəsddə ittiham olunan şəxsin məhkəməsi başlayıb
16.10.2024 15:09

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhı Hüseynovun sədrliyi Lənkəran Rayon İcra Hakimiyyətinin başçısı Taleh Qaraşova qarşı sui-qəsd hazırlamaqda ittiham olunan Bəhruz Əsgərovun cinayət işi üzrə hazırlıq iclası keçirilib.


Prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Bəhruz Əsgərov məhkəmədən Dövlət Təhlükəsizliyi Xidmətinin istintaq təcridxanasından Bakı Penitensiar Xidmətinin istintaq təcridxanasına köçürülməsini xahiş edib. Məhkəmə vəsatəti təmin edib.

 

Məhkəmə prosesi oktyabrın 29-na təyin edilib.


Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən cinayət məsuliyyətinə cəlb edilmiş B. Əsgərova Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin aşağıdakı maddələri ilə ittiham irəli sürülüb: 28,120.2.1, 28,120.2.10, 28,120.2.11, 28,120.2.12 (milli, irqi, dini nifrət və ya düşmənçilik zəminində qrup şəklində təkrarən adam öldürməyə hazırlıq), 28,214.2.1, 28,214.2.3 (atəşli silah və ya silah kimi istifadə edilən əşyalarla terror aktı törətməyə hazırlıq), 28,214-3.1 (terror məqsədilə hazırlıq təliminə cəhd), 28,277 (dövlət və ya ictimai xadimə qarşı sui-qəsd hazırlığı) və 28,278.1 (dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönəlmiş hazırlıq hərəkətləri).


Həmin şəxs Azərbaycan vətəndaşlarından ibarət qrup yaradıb və onlara Lənkəran İH rəhbərinə qarşı sui-qəsd törətməyi tapşırıb. Terrorçuların digər hədəfi isə İngilis dili müəllimi işləyən xarici vətəndaş olub. Əsgərov bu şəxslər üçün naməlum üçüncü ölkədə döyüş təlimi təşkil etməyi planlaşdırıb. Lakin o, bu planları həyata keçirməyə müvəffəq ola bilməyib.


Kompleks istintaq tədbirləri nəticəsində Bəhruz Əsgərov həbs edilib və cinayət məsuliyyətinə cəlb olunub, məhkəmə qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

 

N.Təbrizli

 



www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda və Abşeronda şimal-qərb küləyinin sürəti 27 m/s-dək çatıb - faktiki hava
Cəmiyyət 18:35
Bakıda və Abşeronda şimal-qərb küləyinin sürəti 27 m/s-dək çatıb - faktiki hava
Milli Qəhrəman Ehtiram Əliyev vəfat edib
Cəmiyyət 17:11
Milli Qəhrəman Ehtiram Əliyev vəfat edib
Ceyrançöldə mina partlayıb, ölən və yaralanan var
Cəmiyyət 17:09
Ceyrançöldə mina partlayıb, ölən və yaralanan var
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
Cəmiyyət 16:59
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
Hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 15:52
Hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
Cəmiyyət 15:40
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
Qazaxda 3 ton ot bağlaması yanıb - video
Cəmiyyət 14:50
Qazaxda 3 ton ot bağlaması yanıb - video
Sabah Azərbaycanda intensiv yağış yağacaq, külək əsəcək
Cəmiyyət 12:48
Sabah Azərbaycanda intensiv yağış yağacaq, külək əsəcək
Rumıniya yaxınlığında azərbaycanlıların olduğu gəmiyə dron hücumu olub
Cəmiyyət 12:30
Rumıniya yaxınlığında azərbaycanlıların olduğu gəmiyə dron hücumu olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol