• $
  • €
  • ₽
  • ₺
  • £

Qırmızı Xaç Komitəsinin mina qurbanları ilə bağlı layihəsinin müddəti bitib - Rəsmi

Qırmızı Xaç Komitəsinin mina qurbanları ilə bağlı layihəsinin müddəti bitib  - Rəsmi
29.11.2024 18:22
Qırmızı Xaç Komitəsinin minaya düşən şəxslərə verilən 300 manatlıq dəstək layihəsinin müddəti  2024-cü ilin iyununda bitib. Bunu Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova anews.az-ın sorğusuna cavabında bildirib.
 
"Layihələrimiz adətən müəyyən bir zamana qədər olur. Minadan zərərçəkənlərlə bağlı olan maddi dəstək layihəmiz də belə layihələrdən biri idi. Bu layihəni daha çox 2020-ci ildə icra etmişik. Layihə 2024-cü ilin iyununda bitib. Hazırda layihənin davam etdirilməsi məsələsi müzakirə edilmir", - Hüseynova bildirib.  
 
Bundan əvvəl Minadan Zərərçəkənlər Asosasiyasının sədri Rey Kərimoğlu "Minalar Əleyhinə Azərbaycan Kampaniyası” ictimai birliyinin oktyabrın 24-də  "Azərbaycanda mina qurbanları: nailiyyətlər və qarşıda duran vəzifələr” mövzusunda keçirilən dinləmə zamanı Qırmızı Xaç Komitəsinin minadan zərərçəkənlərə yardımı naməlum səbəbdən dayandırıldığını bildirib. 

Qırmızı Xaç Komitəsi tərəfindən mina qurbanlarına edilən yardımın müddəti altı ay nəzərdə tutulub və onun dayandırılması başa düşüləndir. 
 
ANAMA məlumatına görə, Azərbaycan dünyada minalarla çirklənən ölkələr sırasında ilk sıradadır. Ölkənin ümumi ərazisinin 12% minalarla ciddi şəkildə çirkləndirilib.
 
İndiyə qədər 3400-dən çox Azərbaycan vətəndaşı minadan əziyyət çəkib.
 
Onların 270-dən çoxu bu faciə səbəbindən həyatını itirib. Mina qurbanlarının 358-i uşaqlar, 38-i qadınlardır. Burada əsas problem Ermənistanın basdırdığı minaların xəritələrini təqdim etməməsidir.
 
Hazırda 140 min hektara qədər sahə hərbi sursatlar və minalardan təmizlənib.

Gülnar Nazimqızı
 

 
 


www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ceyrançöldə mina partlayıb, ölən və yaralanan var
Cəmiyyət 17:09
Ceyrançöldə mina partlayıb, ölən və yaralanan var
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
Cəmiyyət 16:59
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
Hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 15:52
Hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
Cəmiyyət 15:40
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
Qazaxda 3 ton ot bağlaması yanıb - video
Cəmiyyət 14:50
Qazaxda 3 ton ot bağlaması yanıb - video
Sabah Azərbaycanda intensiv yağış yağacaq, külək əsəcək
Cəmiyyət 12:48
Sabah Azərbaycanda intensiv yağış yağacaq, külək əsəcək
Rumıniya yaxınlığında azərbaycanlıların olduğu gəmiyə dron hücumu olub
Cəmiyyət 12:30
Rumıniya yaxınlığında azərbaycanlıların olduğu gəmiyə dron hücumu olub
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
Cəmiyyət 22:33
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
BDYPİ sürücülərə xəbərdarlıq edib
Cəmiyyət 19:20
BDYPİ sürücülərə xəbərdarlıq edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol