• $
  • €
  • ₽
  • ₺
  • £

Xüsusi Dövlət Mühafizə Xidmətinin sabiq əməkdaşı dələduzluğa görə məhkum edilib

Xüsusi Dövlət Mühafizə Xidmətinin sabiq əməkdaşı dələduzluğa görə məhkum edilib
25.08.2026 15:37

Bakı Hərbi Məhkəməsi Xüsusi Dövlət Mühafizə Xidmətinin sabiq əməkdaşını külli miqdarda ziyan vurmaqla təkrar dələduzluq törətməkdə təqsirli bilərək 2 il müddətinə azadlıqdan məhrum edib.Bu barədə e-mehkeme,gov,az saytı xəbər verib. 

Məhkəmənin hökmünə əsasən, təqsirləndirilən şəxs 2021–2023-cü illər ərzində 8 vətəndaşın etibarından sui-istifadə edərək ümumilikdə 320 min manata yaxın vəsait mənimsəyib. O, zərərçəkmişlərə Prezidentin Təhlükəsizlik Xidmətinə və Dövlət Gömrük Komitəsinə işə düzəltmə, mənzil alma, pensiya bərpası və ərzaq idxalı biznesi qurmaq vədləri verib.

Təqsirləndirilən şəxsin zərəri ödəməsi, zərərçəkmişlərlə barışması, səmimi peşmanlığı, himayəsində iki azyaşlı uşağının və dövlət təltiflərinin olması nəzərə alınaraq, Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq olunmaqla qanunda nəzərdə tutulan aşağı həddən də az cəza təyin edilib.

Həbsdə və ev dustaqlığında keçirdiyi 11 ay çıxılmaqla onun ümumi rejimli cəzaçəkmə müəssisəsində 1 il 1 ay cəza çəkməsi qət edilib.

N.Təbrizli

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Leyla Əliyeva COP31 çərçivəsində Xəzər dənizinin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib
Cəmiyyət 21:45
Leyla Əliyeva COP31 çərçivəsində Xəzər dənizinin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib
Bakıda yeraltı keçiddən istifadə etməyən piyadanı avtomobil vuraraq öldürüb
Cəmiyyət 21:13
Bakıda yeraltı keçiddən istifadə etməyən piyadanı avtomobil vuraraq öldürüb
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək şantaj edən şəxs saxlanılıb
Cəmiyyət 19:54
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək şantaj edən şəxs saxlanılıb
Sumqayıtda yol çöküb
Cəmiyyət 19:16
Sumqayıtda yol çöküb
Biləsuvarda motosiklet yük avtomobili ilə toqquşub, sürücü ölüb
Cəmiyyət 18:30
Biləsuvarda motosiklet yük avtomobili ilə toqquşub, sürücü ölüb
Prokurorluqda işə qəbul üzrə yazılı imtahanın tarixi dəyişdirilib
Cəmiyyət 18:09
Prokurorluqda işə qəbul üzrə yazılı imtahanın tarixi dəyişdirilib
Beynəlxalq axtarışda olan şəxs Gürcüstandan Azərbaycana ekstradisiya olunub
Cəmiyyət 18:06
Beynəlxalq axtarışda olan şəxs Gürcüstandan Azərbaycana ekstradisiya olunub
Tovuzda hamilə qadın bıçaqlanıb
Cəmiyyət 17:26
Tovuzda hamilə qadın bıçaqlanıb
Maliyyə Nazirliyi 9 ayda 114 hüquqi aktın layihəsini hazırlayıb
Cəmiyyət 15:22
Maliyyə Nazirliyi 9 ayda 114 hüquqi aktın layihəsini hazırlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol