• $
  • €
  • ₽
  • ₺
  • £

Dövlət Neft və Sənaye Universitetinin tələbələrinə əməkdaşlıq imkanı

Dövlət Neft və Sənaye Universitetinin tələbələrinə əməkdaşlıq imkanı
05.04.2016 16:25
Azercell Telekom MMC ölkədə təhsilin inkişafı ilə baglı layihələrini davam etdirir. Şirkət bu dəfə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti ilə əməkdaşlıq memorandumu imzalayıb.
 
 
Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin ofisində baş tutan imzalanma mərasimində Azercell Telekom MMC-nin prezidenti Vahid Mürsəliyev, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Mustafa Babanlı, Azercell-in Strateji Partnyorluq və Müştəri Kanalları Departamentinin rəhbəri İmran Bağırov çıxış ediblər. Azercell-in prezidenti Vahid Mürsəliyev bildirib ki,  bu yeni əməkdaşlıq Universitet tələbələrinin texnoloji innovasiyalara yaxın olmasına və gələcəkdə uğurlu biznes qurmasına dəstək olaraq, Barama mərkəzində yeni uğurlu layihələrin həyata keçirilməsinə zəmin yaradacaq. Fəaliyyət göstərdiyi 19 il ərzində Azercell Telekom MMC-nin Azərbaycanda  təhsilin inkişafına, təcrübəli kadrların yetişdirilməsinə hər zaman dəstək verdiyini söyləyən şirkət prezidenti Azercell-in  bu yöndə fəaliyyətini bu gün də uğurla davam etdirdiyini vurğulayıb.
 
 
Yeni əməkdaşlıq memorandumu əsasında Azercell şirkəti ilə Univeristet arasında əsasən elmi-texniki və tədris sahəsində təcrübə mübadiləsinin aparılması, əməkdaşların ixtisas səviyyələrinin artırılması məqsədilə kursların təşkili, təşkilatlarda keçirilən elmi-texniki tədbirlərdə birgə iştirakın təmin olunması nəzərdə tutulub. Eyni zamanda  əməkdaşlıq şəraitində Universitetin elmi-texniki və tədris bazasının inkişaf etdirilməsi, Azercell tərəfindən həyata keçirilən Tələbə Təcrübə Proqramı çərçivəsində proqrama müraciət etmiş və müvafiq tələblərə cavab verən, Azercell tərəfindən seçilmiş tələbələr üçün təcrübələrin təşkili planlaşdırılır. Bundan başqa, proqram təminatı sahələrində elmi-tədqiqat işləri aparmaq üçün sifarişlərin verilməsi və bu işlərin aparılması məqsədilə şəraitin yaradılması, müəyyən mövzular üzrə birgə elmi-texniki seminarların təşkili, layihələrin işlənilməsi və istehsalatda tətbiqi kimi məsələlər də əməkdaşlıq memorandumunun bir hissəsidir.
 
 
Qeyd etmək yerinə düşərdi ki, Azercell ilə Azərbaycanın ali təhsil ocaqları arasında sıx əməkdaşlıq mövcuddur. Azercell BDU, Xəzər və Qafqaz Universitetləti ilə tələbələrin inkişafına yönələn maraqlı layihələr həyata keçirir. Şirkətin elan etdiyi Tələbə Proqramı çərçivəsində Azərbaycanın ali təhsil müəssisələrində təhsil alan qabiliyyətli gənclərimiz Azercell-dən xüsusi təqaüd və şirkətin müxtəlif şöbələrində təcrübə keçmək imkanı qazanırlar.

Təhsilə və gənclərə yardım etmək bundan sonra da Azercell-in prioritet fəaliyyət sahəsi olacaqdır.
 


www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol