• $
  • €
  • ₽
  • ₺
  • £

Azercell şirkətdə 20 il çalışan işçilərini mükafatlandırdı

Azercell şirkətdə 20 il çalışan işçilərini mükafatlandırdı
15.12.2016 17:38
Azərbaycanın aparıcı mobil operatoru, milyonlarla abunəçinin etibarını qazanmış Azercell Telekom MMC 20 illik yubileyi münasibəti ilə şirkətdə ilk gündən çalışan işçiləri üçün görüş təşkil etdi. 

Düz 20 il əvvəl – 1996-cı il dekabrın 15-də Azercell Azərbaycanda ilk GSM operatoru kimi öz kommersiya fəaliyyətinə başladı. Bununla da ölkənin mobil telekommunikasiya sektorunun tarixində tamamilə yeni keyfiyyət səhifəsi açılmış oldu.

Görüş zamanı Azercell-in prezidenti Vahid Mürsəliyev çıxış edib, şirkətin 20 ildə keçdiyi yola qısa nəzər salaraq indi gəlib çıxdığı səviyyəni dəyərləndirib. Qeyd edib ki, Azercell təqdim etdiyi xidmətlər sayəsində öz abunəçilərinin hər kəsdən və hər zaman bir addım irəlidə olmasını təmin etməkdə israrlıdır: "Hazırda beynəlxalq şirkətin bir hissəsi olan Azercell nəinki ölkənin, ümumilikdə regionun qabaqcıl mobil operatorudur. Biz bu mövqeyə gəlib çatmaq, müştərilərimizin sonsuz etibarını qazanmaq üçün çox işləmişik. Abunəçilərimizə qarşı dürüst olmuşuq, onlara hörmətlə yanaşmışıq. Əminəm ki, dəyərlərimizə və biznes prinsiplərimizə sadiq qalaraq, bundan sonra da öncüllüyümüzü qoruyub saxlayacaq, daha da inkişaf edəcəyik”.

V.Mürsəliyev şirkətin yarandığı gündən Azercell-də işləyən, 20 ildir burada əmək sərf edən əməkdaşları da mükafatlandırıb. Onlara xatirə hədiyyələri, sertifikatlar təqdim olunub, gələcək işlərində daha böyük uğurlar arzulanıb. Azercell prezidenti qeyd edib ki, istənilən şirkətin uğur qazanmasında ən başlıca faktor onun peşəkar komandasının mövcudluğu, əməkdaşlarının işə məsuliyyətli yanaşması ilə bağlıdır. Bu baxımdan Azercell-in bəxti gətirib, çünki məhz sadiq əməkdaşları sayəsində Azercell indiki lider mövqeyə gəlib çata bilib. Hazırda Azercell-in peşəkar işçiləri digər şirkətlərdə təlimlər keçir, xarici ölkələrdə işləyirlər. Eyni zamanda, Azercell rəhbərliyi də öz işçilərinin səylərini yüksək qiymətləndirir. Yubiley yığıncağında Azercell-in departament direktorları, aparıcı əməkdaşları iştirak ediblər.

Azercell yeni nəsil telekommunikasiya şirkəti kimi daim öndə olmağı, hər kəsin etibar etdiyi operator kimi qalmağı, daha yeni yüksəklikləri fəth etməyi hədəfləyir.






www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol