• $
  • €
  • ₽
  • ₺
  • £

Media nümayəndələri Bakcell Məlumat Mərkəzinin qonaqları olublar

Media nümayəndələri Bakcell Məlumat Mərkəzinin qonaqları olublar
03.02.2017 16:11
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti Kütləvi İnformasiya Vasitələrinin təmsilçilərini şirkətin Məlumat Mərkəzinə dəvət edib.

Media nümayəndələri Məlumat Mərkəzinin gündəlik işi ilə tanışlıq zamanı 555 qısa nömrəsinə edilən zənglərin peşəkar operatorlar tərəfindən necə cavablandırılması və daxil olan müraciətlərə əsasən əlaqəli bölmələrlə birlikdə müxtəlif əməliyyatların necə həyata keçirildiyinin canlı şahidi olublar.

Məlumat Mərkəzinin qrup rəhbəri Elmar Cəfərov və Kanalların idarə olunması üzrə qrup rəhbəri Emin Əskərsoy qonaqlara Məlumat Mərkəzinə daxil olan müraciətlərin idarə edilməsi və son iki il ərzində əldə olunan nailiyyətlər barədə məlumat veriblər.

"Məlumat Mərkəzində işin necə qurulduğunun abunəçilərimizin çoxuna maraqlı olduğunu nəzərə alaraq böyük məmnuniyyətlə media nümayəndələrini iş yerimizə dəvət etdik. Abunəçilərimizə daha yaxın olmağımızda onların müstəsna rolu var. Ümidvarıq ki, jurnalistlərin hazırladığı məqalələr abunəçilərimiz üçün maraqlı olacaq.”, deyə Bakcell şirkətinin müştəri xidmətləri üzrə baş direktoru xanım Selda Bostancıoğlu bildirib.

Qeyd edək ki, Bakcell bir müddət bundan öncə şəbəkənin intellektual təhlili vasitəsilə müştəri şikayətlərinin həlli zamanı qabaqlayıcı tədbirlərin görülməsi, proaktiv aşkarlama və xidmət keyfiyyətinin artırılmasına yönələn Müştəri Təcrübəsinin İdarə Edilməsi Sistemini tədbiq edib.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol