• $
  • €
  • ₽
  • ₺
  • £

Azercell ilə Nəsimi irsindən zövq al

Azercell ilə Nəsimi irsindən zövq al
07.12.2019 14:36
Lider mobil operator "Audio Kitab” layihəsində dahi şairin əsərlərini üç dildə təqdim etdi.
 
Fəaliyyəti boyu Azərbaycanın mədəni irsinin qorunub saxlanmasına yönəlik təşəbbüs və layihələrə xüsusi önəm verən Azercell Telekom bu ilin əsas mədəniyyət hadisəsinə də öz rəqəmsal töhfəsini qatır.
 
Bildiyimiz kimi, ən görkəmli şairlərimizdən biri olan İmadəddin Nəsiminin 650 illik yubileyi şərəfinə Azərbaycan Respublikası Prezidentinin rəsmi sərəncamına əsasən 2019-cu il ölkəmizdə  "Nəsimi ili” elan edilib. Dahi Nəsimini xarici oxuculara da daha yaxından tanıtmaq, onun yaradıcılığını müasir mütaliə vasitələri ilə təbliğ etmək məqsədi ilə şairin qəzəlləri üç dildə səsləndirilərək "Bookmate” proqramının "Audiobook” ("Audio Kitab”) bölümünə yüklənilib. Artıq Azercell-in təqdim etdiyi "Bookmate” mobil tətbiqindən istifadə edən hər kəs dil daşıyıcıları tərəfindən səsləndirililən Nəsimi irsindən zövq ala bilər.  Qey edək ki, şairin irsindən münunələr Teymur Nəcəfzadənin rəhbərlik etdiyi "Kolorit” yaradıcılıq emalatxanasının dəstəyi ilə yazıya alınaraq mobil əlavəyə yüklənib.  
Azercell Telekom yeni audio-toplunun ərsəyə gəlməsi münasibətilə ”Bakı Kitab Mərkəzin”-də xalq yazıçı Anarın, əməkdar artist Sevda Ələkbərzadə kimi görkəmli incəsənət xadimlərinin, Türkiyənin ölkəmizdəki səfiri Erkan Özoralın, Rusiyanın səfiri M.N. Boçarnikovun, Hollandiyanın səfiri Onno Kerversin, Moldovanın səfiri George Leuka kimi ölkəmizdə fəaliyyət göstərən diplomatik korpus rəhbərlərinin, eləcə də, nüfuzlu biznes strukturlarının iştirakı ilə "İki cahan” adlı xüsusi tədbir də təşkil edib. Tədbirdə Nəsiminin qəzəlləri müxtəlif dillərdə səsləndirilib, "Sığmazam” şeiri üzərinə hazırlanmış pantomima və şairin yaradıcılığına həsr olunmuş "İki cahan" videosu nümayiş etdirilib.
 
Məlumat üçün bildirək ki, Azercell-in güzəştli qiymətlə təqdim etdiyi "Bookmate” mobil kitabxanası minlərlə kitabı elektron cihaz üzərindən oxumaq imkanı yaradır. "Bookmate” mobil kitabxanasına aylıq  cəmi 3,50 AZN ödəməklə, oxucular yalnız xarici ədəbiyyatla deyil, azərbaycanlı müəlliflərin əsərləri ilə də tanış ola bilirlər. Xidmət haqqında ətraflı məlumat və qoşulma qaydalarını www.azercell.com/bookmate səhifəsindən əldə etmək mümkündür.


Qeyd edək ki, Azercell gələcəkdə də davamlı şəkildə həm Azərbaycan, həm də dünyanın ədəbiyyat və incəsənət nümunələrini əlçatan etmək istiqamətində yeni rəqəmsal həllər təqdim edəcək.
 
Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.  
 
Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi "Azercell Telekom” MMC 1996-cı ildə təsis edilmişdir. Hazırda 4,9 milyon abunəçi Azercell-i seçir. Bazar payı 49%; ölkə ərazisi üzrə əhatə dairəsi: 99.2% (işğal altında olan ərazilər istisna olmaqla); ölkə əhalisi üzrə əhatə dairəsi: 99,8% təşkil edir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, 24/7 Telefon Mərkəzi (*1111), 7/7 Ön Masa xidmətləri, Azercell Ekspres ofisləri, M2M, 4G texnologiyası, mobil və onlayn müştəri xidmətləri, sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti "Asan İmza” və s. Azercell-in sürətlə böyüyən 4G şəbəkəsi Bakı və Abşeron da daxil olmaqla, ölkənin 60-a yaxın bölgəsini əhatə edir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, Azercell-in 4G şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir. Azercell ölkədə və MDB məkanında beynəlxalq "İnvestors İn People” İnsana Sərmayə Qızıl Sertifikatına layiq görülən yeganə şirkətdir.






www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
10 ayda 401 mindən çox "ASAN İmza" sertifikatı verilib
İqtisadiyyat 12:27
10 ayda 401 mindən çox "ASAN İmza" sertifikatı verilib
Sizi aldatmağa çalışdıqlarını necə anlaya bilərsiniz?
İqtisadiyyat 11:12
Sizi aldatmağa çalışdıqlarını necə anlaya bilərsiniz?
Biznes xərclərindən də millər qazandıran ABB AZAL Miles Business kartları təqdim olundu
İqtisadiyyat 11:07
Biznes xərclərindən də millər qazandıran ABB AZAL Miles Business kartları təqdim olundu
Qızıl və gümüş yenidən bahalaşır
İqtisadiyyat 10:20
Qızıl və gümüş yenidən bahalaşır
Azərbaycan neftinin qiyməti 100 dollardan aşağı düşüb
İqtisadiyyat 09:36
Azərbaycan neftinin qiyməti 100 dollardan aşağı düşüb
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 09:27
“Brent” neft ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Abşeron” layihəsinin ikinci fazası çərçivəsində qazma işlərinə 2027-ci ilin martında başlanılacaq
İqtisadiyyat 07:41
Abşeron” layihəsinin ikinci fazası çərçivəsində qazma işlərinə 2027-ci ilin martında başlanılacaq
ABŞ-ın iri banklarının müştəriləri xidmətlərdə texniki nasazlıqlarla üzləşiblər
İqtisadiyyat 07:34
ABŞ-ın iri banklarının müştəriləri xidmətlərdə texniki nasazlıqlarla üzləşiblər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol