• $
  • €
  • ₽
  • ₺
  • £

"Kapital Bank" elektron ticarətlə məşğul olanlara güzəştlər təqdim edir

"Kapital Bank" elektron ticarətlə məşğul olanlara güzəştlər təqdim edir
01.04.2020 11:47
Son günlər ölkədə xüsusi karantin rejiminin tətbiqi nəticəsində, müştərilərlə birbaşa təması minimuma endirmək məqsədilə bir sıra mağazalar onlayn fəaliyyət göstərir. Bunu nəzərə alaraq Kapital Bank-la əməkdaşlıq etmək istəyən Elektron Ticarət (e-Commerce ) ilə məşğul olan şirkətlər bir sıra endirim və güzəştlərdən bəhrələnə bilərlər.

Belə ki, Kapital Bank-la əməkdaşlıq etmək istəyən sahibkarlar 3 iş günü ərzində partnyorlar sırasına tam olaraq pulsuz qoşula bilərlər. Həmçinin kampaniya müddətində partnyorlara həm taksitli əməliyyatlar, həm də birdəfəlik ödəniş üçün endirimli komissiyalar təklif olunur.

Müraciət etmək istəyənlər (050) 255 01 96 , (051) 206 52 49 nömrələri və ya [email protected] ünvanıilə əlaqə saxlaya bilərlər. Kampaniya 31 may 2020-ci tarixinədək davam edəcək.

Bundan başqa sahibkarlar qapıda ödəniş etmək istəyən müştərilər üçün yeni nəsil Smart kassaları da Kapital Bank-dan əldə edə bilərlər. Yeni nəsil "ağıllı” kassalar – POS terminal xidməti, kassa aparatı, NFC (təmassız), QR, taksitlə (aylara bölünərək ödəmə) ödənişlərin qəbulu, Cash-back və millərin dərhal hesablanması, BirBank ürəklər və ya analoji digər loyallıq sistemləri üzrə əməliyyatların aparılması, anbarda olan qalıq məhsullara nəzarət, Bar kodun oxunması, müştəri imzasının touchscreen ekranda qoyulması və sair digər funksiyalara malikdir.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 101 filialı və 14 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
10 ayda 401 mindən çox "ASAN İmza" sertifikatı verilib
İqtisadiyyat 12:27
10 ayda 401 mindən çox "ASAN İmza" sertifikatı verilib
Sizi aldatmağa çalışdıqlarını necə anlaya bilərsiniz?
İqtisadiyyat 11:12
Sizi aldatmağa çalışdıqlarını necə anlaya bilərsiniz?
Biznes xərclərindən də millər qazandıran ABB AZAL Miles Business kartları təqdim olundu
İqtisadiyyat 11:07
Biznes xərclərindən də millər qazandıran ABB AZAL Miles Business kartları təqdim olundu
Qızıl və gümüş yenidən bahalaşır
İqtisadiyyat 10:20
Qızıl və gümüş yenidən bahalaşır
Azərbaycan neftinin qiyməti 100 dollardan aşağı düşüb
İqtisadiyyat 09:36
Azərbaycan neftinin qiyməti 100 dollardan aşağı düşüb
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 09:27
“Brent” neft ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Abşeron” layihəsinin ikinci fazası çərçivəsində qazma işlərinə 2027-ci ilin martında başlanılacaq
İqtisadiyyat 07:41
Abşeron” layihəsinin ikinci fazası çərçivəsində qazma işlərinə 2027-ci ilin martında başlanılacaq
ABŞ-ın iri banklarının müştəriləri xidmətlərdə texniki nasazlıqlarla üzləşiblər
İqtisadiyyat 07:34
ABŞ-ın iri banklarının müştəriləri xidmətlərdə texniki nasazlıqlarla üzləşiblər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol