Azərbaycan Beynəlxalq Bankı maliyyə dayanıqlığını qoruyur

Azərbaycan Beynəlxalq Bankı 2020-ci ilin birinci
rübü üzrə maliyyə göstəricilərini açıqlayıb. 31 mart 2020-ci il tarixinə Bankın
aktivləri 8,9 milyard manat, müştərilərə verdiyi kreditlər 2,4 milyard manat,
depozit portfeli 5,6 milyard manat olub.
Rüb ərzində Bank tərəfindən iri korporativ müştərilərə,
eləcə də kiçik və orta sahibkarlıq subyektlərinə 120 milyon manatadək kredit və
qarantiyalar verilib. Bank ilin birinci rübünü 76 milyon manat əməliyyat mənfəəti
ilə başa vurub.
Rüb ərzində Azərbaycan Beynəlxalq Bankının I dərəcəli
kapitalının adekvatlıq əmsalı 33.33%, məcmu kapitalının adekvatlıq əmsalı
32.88% təşkil edib.
Beləliklə, Bankın kapital adekvatlığı göstəriciləri tənzimləyici
orqanın müəyyən etdiyi normalardan əhəmiyyətli dərəcədə yüksək olub.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 11:07
Biznes xərclərindən də millər qazandıran ABB AZAL Miles Business kartları təqdim olundu

İqtisadiyyat 07:41
Abşeron” layihəsinin ikinci fazası çərçivəsində qazma işlərinə 2027-ci ilin martında başlanılacaq






















