• $
  • €
  • ₽
  • ₺
  • £

Kapital Bank-ın dəstəyi ilə daha bir “YAŞA” mərkəzi fəaliyyətə başladı

Kapital Bank-ın dəstəyi ilə daha bir “YAŞA” mərkəzi fəaliyyətə başladı
01.03.2021 10:04
BMT-nin Əhali Fondu (UNFPA) və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin birgə həyata keçirdiyi "Bütün yaşlar üçün cəmiyyətin qurulması: fəal yaşlanma yolu ilə Azərbaycanda yaşlıların rifahının təşviq edilməsi” layihəsi çərçivəsində Kapital Bank-ın dəstəyi ilə "YAŞA” Mərkəzinin Mingəçevir şöbəsinin açılışı oldu. 

Mingəçevir şəhəri, Səməd Vurğun küçəsi 19 ünvanında fəaliyyətə başlayan mərkəzin fəaliyyəti "Üçüncü Bahar” İctimai Birliyi tərəfindən təmin ediləcək. Həftənin 5 günü saat 10:00-dan 17:00-dək fəaliyyət göstərəcək "YAŞA” mərkəzinin xidmətlərindən Mingəçevirin yaşlı sakinləri təmənnasız və öncədən müraciət etməklə istifadə edə bilərlər.

"YAŞA” mərkəzinin əsas məqsədi pensiya yaşına çatmış insanları toplayaraq, onların asudə vaxtlarının dəyərləndirilməsi, ahıl vətəndaşların ölkənin sosial-iqtisadi, siyasi və mədəni həyatında fəal iştirakını, onların təhsil və məşğulluq imkanlarını təmin etmək məqsədilə müvafiq tədbirlərin həyata keçirilməsini təşkil etməkdir. Mərkəzdə kompüter, idman, rəqs, yaradıcılıq, təlim, rəssamlıq və digər otaqlar vardır, həmçinin fərdi kitabxana da fəaliyyət göstərir. 

Qeyd edək ki, "YAŞA” Mərkəzi Bakıda (Bakıxanov qəsəbəsi, Y. Əliyev küçəsi 1) və Şamaxıda da (Şamaxı şəhəri, Azadlıq küçəsi 1) fəaliyyət göstərir. Mərkəzin hazırda 2000-dən artıq fəal üzvü var və hər layihə üzrə 70-80 nəfər qoşularaq, tədbirlərdə iştirak edir. Mərkəz barədə ətraflı məlumat almaq üçün 0556801155, 0555165002 nömrələrinə və ya www.teqaudchu.az saytına müraciət etmək olar.


Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-a daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi – 102 filialı və 19 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.



www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol