• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan Beynəlxalq Bankı daha 4 xidmət ofisini yenilədi

Azərbaycan Beynəlxalq Bankı daha  4 xidmət ofisini yenilədi
10.03.2021 17:53
Azərbaycan Beynəlxalq Bankı xidmət şəbəkəsinin yenilənməsini davam etdirməkdədir. Layihə çərçivəsində Bankın Şirvan filialı və Samux, Qəbələ, Göygöl şöbələri yenilənərək müştərilərin xidmətinə verilib. Bankın Şirvan filialı yeni ünvana köçürülüb. Filial bundan sonra Şirvan şəhəri, M.Ə.Rəsulzadə küçəsi - 11 ünvanında fəaliyyət göstərəcək. Samux, Qəbələ və Göygöl şöbələrinin ünvanları isə dəyişilməz qalıb. 

Yenilənən filial və şöbələrin hər birində müştərilərə yüksək səviyyədə xidmət üçün lazımi şərait yaradılıb. Bu xidmət ofislərində müştərilər kassa-hesablaşma əməliyyatları, əmanətlər, pul köçürmələri, ödəniş kartlarının sifarişi, kommunal ödənişlər, nağd valyuta ilə əməliyyatlar və s. də daxil olmaqla bir çox bank məhsul və xidmətlərindən faydalana bilərlər.

Xidmət şəbəkəsinin yenilənməsində əsas məqsəd müştərilərin daim dəyişən tələb və ehtiyaclarını ən yüksək səviyyədə təmin etmək, yeni keyfiyyət standartları yaratmaqdır. 

Azərbaycan Beynəlxalq Bankının İdarə Heyəti sədrinin birinci müavini İlham Həbibullayev yenilənmə prosesinin Bankın digər filial və şöbələrini də əhatə edəcəyini bildirib: "Məqsədimiz müştərilərimizi yeni simada və daha yüksək xidmət keyfiyyəti ilə qarşılamaqdır. Bu proses həm Bakıdakı, həm də regionlardakı xidmət ofislərimizi əhatə edir. Ənənəvi bank xidmətlərini inkişaf etdirməklə yanaşı, müştərilərin banka gəlmək ehtiyaclarını aradan qaldırmaq üçün rəqəmsal bankçılıq həllərimizi də inkişaf etdiririk. Ümid edirik ki, görülən bütün bu işlər müştəri məmnuniyyətinin artırılmasına və regionda bank xidmətlərinin müştərilərimiz üçün daha da əlçatanlığına xidmət edəcək”.  

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının universal və faydalı məhsul və xidmətləri ilə bağlı ətraflı məlumatı bankın filial və şöbələrindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi "Facebook” səhifəsindən əldə etmək olar.



www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol