• $
  • €
  • ₽
  • ₺
  • £

Yelo Bank tələbələrə yeni karyera imkanları yaradır

Yelo Bank tələbələrə yeni karyera imkanları yaradır
18.03.2021 16:52
Yelo Bankın 2021-ci il üçün Korporativ Sosial Məsuliyyət strategiyasının əsas istiqamətlərindən biri gənclər və onlara dəstək məqsədli layihələrdən ibarətdir.

Yelo Bank gənclər ilə silsilə maraqlı tədbirlər keçirməyi planlaşdırır. Bunun üçün ölkənin aparıcı Universitetlərinin tələbələri üçün tanışlıq sessiyalarının təşkilinə başlanılıb. Karantin dövrünün qaydalarını nəzərə alaraq bu görüşlər onlayn qaydada, videokonfranslar formasında həyata keçirilir.  

17 mart tarixində UNEC-in tələbə və məzunları üçün təşkil edilmiş tanışlıq sessiyası çox böyük marağa səbəb oldu və görüş 200-ə yaxın tələbənin aktiv iştirakı ilə keçdi. Təqdimat zamanı Yelo komandası müxtəlif maraqlı viktorinalarla bank haqqında məlumatlar, Yelo dəyərləri və karyera imkanları haqqında məlumat verdi. Sual-cavab sessiyası ilə davam edən tədbirin sonunda seçilmiş tələbələr Yelo Bank-dan hədiyyələr qazandılar. 
 
Tədbirlərin əsas məqsədi gənclərin iş həyatına inteqrasiyasında dəstək olmaq, onlara bankçılıq üzrə mentorluq etməkdir. Layihə çərçivəsində karyerasını bank sahəsində qurmaq istəyən gənclər üçün təcrübə proqramları təşkil etməklə, onlara iş imkanları yaradılacaq. 

Əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook və Instagram  hesablarımıza yazın cavablandıraq! 
Yelo Bank – Parlaq bankçılıq



www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol