• $
  • €
  • ₽
  • ₺
  • £

İMF: Bu il daha sürətli iqtisadi bərpa perspektivləri var

İMF: Bu il daha sürətli iqtisadi bərpa perspektivləri var
22.03.2021 20:00
Vaksinlər və əlavə maliyyə təşviqləri 2021-ci ildə daha güclü qlobal böyümə vəd edir.

Bunu Beynəlxalq Valyuta Fondunun (IMF) rəhbərinin birinci müavini Ceffri Okamoto deyib.

"Yanvar ayında verilən proqnoza görə, 2021-ci ildə qlobal böyümənin 5,5 % səviyyəsində gözlənilirdi, lakin xüsusilə ABŞ-ın əlavə maddi təşviqlər və aşılamaların yayılması ilə daha güclü böyümə perspektivləri var”, - deyə IMF-nin rəhbərinin birinci müavini deyib.

Eyni zamanda, qlobal bərpanın natamam və qeyri-bərabər qaldığını qeyd edən C.Okamoto: "2020-ci ilin ikinci yarısında gözləniləndən daha güclü bir bərpa olmasına baxmayaraq, bir çox ölkənin ÜDM-si pandemiya öncəsi səviyyələrin altında qalıb”.

Beləliklə, Çin bütün əsas iqtisadiyyatları geridə qoyaraq böhrandan əvvəlki inkişaf səviyyəsinə qayıdıb. Lakin böyümə hələ də balanssız və özəl istehlak investisiyalardan geri qalır. Çindən başqa inkişaf etmiş iqtisadiyyatlarla inkişaf etməkdə olan bazarlar arasındakı uçurumun artdığına dair narahatlıq var.

IMF, inkişaf etməkdə olan bazar iqtisadiyyatlarında və Çin xaricində inkişaf etməkdə olan ölkələrdə adambaşına düşən ümumi gəlirin 2020-2022-ci illəri arasında pandemiyadan əvvəlki səviyyədən 22 % az olacağını təxmin edir. Bu da, pandemiyanın başlamasından bəri təxminən 90 milyon insanı yoxsulluq həddinin altına salacaq.

"Bərpa ilə bağlı qeyri-müəyyənlik son dərəcə yüksəkdir. Səhiyyə böhranının nə qədər davam edəcəyini bilmirik. Peyvəndlərə giriş həm inkişaf etmiş, həm də inkişaf etməkdə olan ölkələrdə qeyri-bərabərdir. Aşağı gəlirli ölkələrdə 2022-ci ilə qədər geniş miqyaslı aşılanma olmaya bilər və bu bir problemdir.
 
Pandemiya yalnız hər kəs üçün bitdikdə sona çatacaq”, - deyə C.Okamoto vurğulayıb.

Yanvar ayında IMF, 2021-ci ildə qlobal ÜDM artımı proqnozunu oktyabr ayındakı 5,2 %-dən 5,5 %-ə yüksəldib. IMF-in dünya iqtisadiyyatının inkişafı ilə bağlı yeni proqnozları aprel ayının əvvəlində dərc ediləcək.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol