• $
  • €
  • ₽
  • ₺
  • £

Kapital Bank ölkə bankları arasında ən yüksək reytinq aldı

Kapital Bank ölkə bankları arasında ən yüksək reytinq aldı
14.04.2021 10:14
Moody’s Investor Service Beynəlxalq Reytinq Agentliyi növbəti qiymətləndirmənin yekunu olaraq Kapital Bank-ın reytinqini təsdiq edib. Bu reytinq ölkə bankları arasında ən yüksək göstəricilərdən hesab olunur.


Agentlik bankın yerli və xarici valyutada uzunmüddətli depozit reytinqi "Ba3” səviyyəsində, kredit ödəmə qabiliyyəti reytinqini (BCA) "b1” səviyyəsində təsdiqləyib. Kapital Bank-ın reytinqi üzrə proqnozu isə "neqativ”dən "pozitiv”ə yüksəlib. Agentliyin hesabatında bildirilir ki, bu dəyişiklik yaxın 12-18 ayda bankın kredit portfelinin keyfiyyətində gözlənilən yüksəlməni əks etdirir.


"Kapital Bank-ın BCA reytinqinin "b1” səviyyəsində, yerli və xarici valyutada uzunmüddətli depozit reytinqinin isə "Ba3” səviyyəsində müəyyən edilməsi bankın sağlam kredit portfeli, o cümlədən gəlirlilik və kapital adekvatlığı səviyyəsinin yüksək olmasının göstəricisidir. 2020-ci ilin sonuna problemli kreditlərin ümumi kredit portfelindəki payı cəmi 3,3% təşkil edib (2019-cu ilin sonuna – 4,6%). 2020-ci ilin sonuna 22.3% TCE/RWA göstəricisi ilə möhkəm kapitallaşma və yüksək gəlirlilik banka potensial zərərlərin qarşısını almağa və əvvəlki illərdə olduğu kimi dividendləri vaxtında ödəməyə imkan yaradır”, - deyə hesabatda qeyd olunur.


Həmçinin, Moody’s-in rəyində Kapital Bank-ın kredit portfelinin bir neçə ildir ki, digər banklarla müqayisədə daha keyfiyyətli olduğu bildirilir.


Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-a daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi – 102 filialı və 19 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.



www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol