• $
  • €
  • ₽
  • ₺
  • £

Yelo Bank hesabat dövrünü 5.7 milyon xalis mənfəətlə başa vurub

Yelo Bank hesabat dövrünü 5.7 milyon xalis mənfəətlə başa vurub
19.04.2021 09:51
Yelo Bank 2021-ci ilə 5.7 milyon xalis mənfəətlə başlayıb

Anar Həsənov: "Yeni strategiyamızın bəhrəsini artıq görürük”.

Yelo Bank 2021-ci ilin birinci rübü üzrə maliyyə hesabatını açıqladı. 

Hesabat dövründə Bankın əsas maliyyə göstəriciləri üzrə pozitiv dinamika qeyd olunub. 

2020-ci ilin dördüncü rübü ilə müqayisədə Bank cari ilin birinci rübündə gəlirlərini əhəmiyyətli dərəcədə artırdı. Nəticədə Bank hesabat dövrünü 5.7 mln manat xalis mənfəətlə başa vurdu. Eyni zamanda Bankın cəmi aktivləri 10.5 milyon manat artaraq 401.4 mln manata çatıb. 

Bankın kredit portfelində də nəzərə çarpan müsbət dinamika müşahidə olunur. Belə ki, ümumi kredit portfeli ötən ilin sonu ilə müqayisədə 6.5% artaraq 328.4 mln manata çatıb. Hesabat dövrü üzrə portfelin mühüm hissəsini təşkil edən biznes kreditlərinin həcmində 20 mln manat, istehlak kreditlərində isə 8 mln manat artım olub. 

Hesabat dövrü üzrə bankın xalis faiz gəlirləri iki dəfədən çox artaraq 9.9 milyon manat təşkil edib.

Hazırda Bankın məcmu kapitalı 59.4 mln manatdır, bu isə requlyativ tələbdən 9.4 mln manat çoxdur.

Yelo Bank-ın İdarə Heyətinin Sədri Anar Həsənov 1-ci rübün maliyyə nəticələrini şərh edib: "Yeni strategiyamızın bəhrəsini artıq görürük. Bankın mənfəətə çıxması müştərilərimizin etibarı və güclü komandamızın birgə işinin nəticəsidir. Ölkə iqtisadiyyatındakı müsbət canlanma siqnalları biznes hədəflərimizin reallaşmasına əlavə təkan verir. Hazırda əsas məqsədimiz pandemiya şəraitində müştərilərimizin gözlənti və ehtiyaclarını ən yüksək səviyyədə qarşılamaqdır. Başladığımız templə davam edərək 2021-ci ili uğurlu nəticələrlə yekunlaşdıracağımıza inanırıq”.



www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol