• $
  • €
  • ₽
  • ₺
  • £

Fitch Agentliyi də Azərbaycan Beynəlxalq Bankının reytinqlərini yüksəltdi

Fitch Agentliyi də Azərbaycan Beynəlxalq Bankının  reytinqlərini yüksəltdi
30.04.2021 14:35
Fitch Ratings Beynəlxalq Reytinq Agentliyi Azərbaycan Beynəlxalq Bankının reytinqlərinə yenidən baxıb. Agentlik  Bankın uzunmüddətli emitentin defolt reytinqini (IDR) bir pillə artırmaqla B səviyyəsinə yüksəldib. Agentlik Bankın reytinq proqnozlarını da yaxşılaşdıraraq Stabildən Pozitivə dəyişib.

Reytinqlərdə baş verən dəyişikliklər bir sıra amillərlə izah edilir. Agentliyin rəyinə görə, Azərbaycan Beynəlxalq Bankının aktivlərinin stabil strukturu və keyfiyyəti, son illərdə yüksək gəlirliliklə fəaliyyət göstərməsi Bankda güclü kapital və likvidlik buferi formalaşdırıb. Bankın aktivlərinin keyfiyyəti qənaətbəxş səviyyədədir. Bankın qısa açıq valyuta mövqeyi ilə bağlı riskləri də azalmışdır.

Azərbaycan Beynəlxalq Bankının malik olduğu güclü kapital mövqeyi kredit profili üzrə valyuta risklərini azaldır və hər hansı ciddi valyu
ta böhranlarına qarşı kifayət qədər dayanıqlıdır. Bankın kapital adekvatlığı göstəriciləri 30% ətrafında olmaqla requlyativ tələbi əhəmiyyətli şəkildə üstələyir.  
Xatırladaq ki, aprelin ortalarında Moody’s Beynəlxalq Reytinq Agentliyi də Azərbaycan Beynəlxalq Bankının reytinqlərinə yenidən baxaraq reytinq proqnozlarını Stabildən Pozitivə dəyişib. Bankın kredit ödəmə qabiliyyəti reytinqini də bir pillə yüksəldərək b3-dən b2-də qərarlaşdırıb. 

Azərbaycan Beynəlxalq Bankının müasir, universal və faydalı məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.















www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol