• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan Beynəlxalq Bankından 35 ali məktəbə hədiyyə

Azərbaycan Beynəlxalq Bankından 35 ali məktəbə hədiyyə
25.05.2021 10:50
Azərbaycan Beynəlxalq Bankının korporativ sosial məsuliyyət layihəsi çərçivəsində nəşr etdirdiyi "Dövlət maliyyəsi və dövlət siyasəti” dərsliyi cəmiyyətdə böyük maraqla qarşılanıb. Bank Massaçusets Texnologiyalar İnstitutunun professoru Conatan Qruberin müəllifi olduğu və hazırda dünyanın aparıcı universitetlərində istifadə edilən kitabın nüsxələrini ölkəmizdəki ali məktəblərə və aparıcı kitabxanalara hədiyyə edib. 

Kitabın müvafiq sayda nüsxələri artıq 35 ali məktəbə, 2 kitabxanaya, 1 təlim mərkəzinə hədiyyə edilib. Yaxın günlərdə kitabdan başqa təhsil müəssisələrinə və kitabxanalara da bağışlanacaq. Belə bir məşhur dərsliyin ana dilimizdə nəşri Azərbaycan Beynəlxalq Bankının ölkəmizdə təhsilə, innovasiyalara, cəmiyyətdə maliyyə savadlılığının artırılmasına dəstək tədbirlərinin davamıdır.

Azərbaycan Beynəlxalq Bankı kimi böyük biznes qurumunun bu faydalı təşəbbüsü ölkəmizdə dərslik bazasının sürətlə yenilənməsinə, yeni peşəkarlar nəslinin yetişməsinə, beynəlxalq təcrübənin cəmiyyətimiz üçün daha da əlçatan olmasına xidmət edir. Dövlət dilimizdə bu cür bilik resurslarının formalaşdırılması qloballaşma şəraitində Azərbaycan dilinin qorunması və inkişafı işinə də əhəmiyyətli dəstəkdir.

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının universal və faydalı məhsul və xidmətləri barədə məlumatları bankın filial və şöbələrindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.



www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol