• $
  • €
  • ₽
  • ₺
  • £

BirBank ödəniş terminalları danışıq dəqiqələri və mobil internet qazandırır

BirBank ödəniş terminalları danışıq dəqiqələri və mobil internet qazandırır
31.05.2021 12:36
Məlumat verdiyimiz kimi, müştəri xidməti keyfiyyətinin artırılmasına, bir sıra bank əməliyyatlarının 24/7 rejimində fasiləsiz təqdim edilməsinə böyük önəm verən Kapital Bank, bir müddət əvvəl yeni nəsil ödəniş terminallarının quraşdırılmasına başlayıb. Bu terminallar bankın filialları ilə yanaşı ölkənin bir sıra iri market şəbəkələrində də mövcuddur və quraşdırma prosesi hazırda davam edir.

30 iyun 2021-ci il tarixinədək müştərilər BirBank ödəniş terminalları ilə kommunal ödənişləri həyata keçirdikdə Azercell və ya Bakcell-dən 50 pulsuz danışıq dəqiqəsi və 100 MB həcmində mobil internet qazanacaqlar. Aksiya çərçivəsində qeyd olunan ödənişlər abonentə hədiyyə qazandıracaq: AzəriQaz, AzəriQaz Smartcard, Azərİşıq, AzərİstilikTəchizat, NaxçıvanQaz, Naxçıvanİşıq, AzərSu və NaxçıvanSu. Hər abonent kodu aksiya zamanı bir dəfə hədiyyə qazana bilər. Ətraflı məlumat üçün – https://kbl.az/bbptc. 

Qeyd edək ki, bu terminallar funksionallıq baxımından daha geniş imkanlara malikdir. Yeni terminallarda kredit ödənişləri, cari hesablara mədaxillər, kart balansının artırılması, kredit və BirKart sifarişi, kommunal, rabitə, TV, İnternet, avans, aliment, sığorta, məhkəmə, bələdiyyə, vergi, DSMF, cərimə, təhsil (BDU, ADNSU, ATU, ADPU və s.) ödənişləri, "Xəzri” pul köçürməsi və bir sıra başqa ödənişlər etmək olar. Ödənişləri həm nağd, həm də nağdsız formada həyata keçirmək olar. Nağdsız ödənişləri etmək üçün terminalın "card reader” yerindən və ya təmassız NFC funksiyasından istifadə etmək lazımdır.

Bundan başqa biznes kartlarına mədaxillər də yeni nəsil terminallar vasitəsilə mümkündür. Mədaxillər AZN ilə yanaşı USD və EUR valyutasında da həyata keçirilə bilər. Kapital Bank-ın istənilən kartına daxil edilən vəsaitlər, digər ödəniş terminalları ilə müqayisədə hesaba müəyyən qrafik üzrə deyil, dərhal mədaxil olunur. 



www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol