• $
  • €
  • ₽
  • ₺
  • £

193 fermer AKİA dəstəyi ilə “AccessBank”dan kredit alıb

193 fermer AKİA dəstəyi ilə “AccessBank”dan kredit alıb
08.06.2021 12:15
"AccessBank” fermerlərə dəstək olmaqda davam edir. Bankın Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) ilə tərəfdaşlığının nəticəsi olaraq, bu ilin ilk 5 ayı ərzində 193  sahibkar dövlətin aqrar sahəyə verdiyi güzəştli  mikrokreditlərdən faydalana bilib. "AccessBank” cari dönəmdə dövlət xətti ilə fermerlərə 1 milyon 996 min AZN həcmində kredit verib. Lənkəran, Bərdə, Mingəçevir, Gəncə və Şəki sahibkarları bu kreditin alınmasında daha fəal iştirak ediblər.
 
Sahibkarlar əsasən heyvandarlıq sahəsinin inkişafı üçün müraciət ediblər.   

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 8 aprel 2020-ci il tarixli fərmanı ilə aqrar sahənin maliyyələşdirilməsində yeni mərhələ başlayıb. Bu dönəmdən sonra fermerlərə bağçılıq, əkinçilik, heyvandarlıq və digər ailə-fermer təsərrüfatlarının yaradılması və genişləndirilməsi üçün 15.000 AZN-dək mikrokredit vermək imkanı yaradılıb. 

Aqro kreditlər haqqında ətraflı məlumat əldə etmək üçün:  
https://www.accessbank.az/az/business/loans/alda-loans/

Fermerlər təklif olunan kredit haqqında məlumat əldə etmək üçün həmçinin "AccessBank”ın 151 Məlumat Mərkəzi ilə əlaqə saxlaya və ya bankın filiallarına  yaxınlaşa bilərlər. 

"AccessBank” Azərbaycanda mikromaliyyələşdirmə lideri olaraq, 2002-ci ildən kiçik bizneslərə xidmət göstərir. Bankın 15-i Bakıda, 13-ü regionlarda olmaqla, 28 filialı fəaliyyət göstərir. Bankın xidmətləri haqqında məlumat əldə etmək üçün www.accessbank.az saytına, və ya bankın sosial media hesablarına daxil olmaq olar.  



www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol