• $
  • €
  • ₽
  • ₺
  • £

Kapital Bank “Bizdən Biri” təcrübə proqramına start verdi

Kapital Bank “Bizdən Biri” təcrübə proqramına start verdi
09.06.2021 10:03
Maliyyə sektorunun ən fəal işəgötürən təşkilatı olan Kapital Bank daim gənclərin inkişafına, istedadların yetişdirilməsinə böyük önəm verir. Mütəmadi olaraq gənclər üçün müxtəlif təcrübə proqramları, könüllü fəaliyyət istiqamətləri və fərdi inkişaf layihələri təşkil edir. 


Bankın təşkil etdiyi növbəti layihə "Bizdən Biri” təcrübə proqramıdır. May ayından etibarən start götürən layihədə iştirak üçün seçilmiş 30 gənc seçilib. Onların hər biri üçün ayrıca hazırlanmış fərdi inkişaf planına uyğun olaraq Kapital Bank-ın müxtəlif strukturlarında peşəkar mentorların dəstəyi ilə təcrübə proqramı keçiriləcək.


Layihənin açılış mərasimində Kapital Bank-ın İdarə Heyətinin üzvü, Baş Maliyyə İnzibatçısı Emin Məmmədov, İnsan Resurslarının İdarə Edilməsi departamentinin direktoru Fərqanə Məmmədova, Ödənişlər Sahəsinin lideri Fərid Səmədov giriş nitqi ilə çıxış edərək, gənclərə uğurlar arzulayıblar. Həmçinin, IT Infrastruktur departamentinin Texniki dəstək şöbəsinin rəisi Ramin Rəcəbov və bir müddət əvvəl keçirilən "BirCode" təcrübə proqramının iştirakçısı olan, hazırda isə Kapital Bank-ın Gündəlik bankçılıq sahəsinin Backend Developer-ı Sahil Appayev iştirakçılarla öz təcrübə və tövsiyələrini bölüşdülər.


Qeyd edək ki, "Bizdən Biri” layihəsi davamlı olaraq keçiriləcək. Əgər Siz də Kapital Bank-da olan iş mühiti, komanda ruhu, dəyərlər, eyni zamanda karyera qurmaq üçün məsləhətlər, faydalı məlumatlar, məqalələrlə tanış olmaq, həmçinin müxtəlif təcrübə layihələrində iştirak etmək istəyirsinizsə, www.hr.kapitalbank.az portalına daxil olub, qeydiyyatdan keçə və yenilikləri izləyə bilərsiniz.


Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holdinq-a daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi – 103 filialı və 20 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.



www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol