• $
  • €
  • ₽
  • ₺
  • £

“Nar” 50-dən artıq yeni baza stansiyası quraşdırmaqla şəbəkəsini daha da genişləndirib

“Nar” 50-dən artıq yeni baza stansiyası quraşdırmaqla şəbəkəsini daha da genişləndirib
10.08.2021 16:17
Bütün ölkə ərazisində şəbəkəsini genişləndirməklə, əhalini yüksəkkeyfiyyətli və sürətli internetlə təmin etməyi hədəfləyən "Nar” 2021-ci ilin altı ayı  ərzində 50-də artıq yeni baza stansiyası quraşdırıb. Ölkədə LTE/LTE-A texnologiyalı baza stansiyalarının sayının artması nəticəsində "Nar”ın 4G istifadəçilərinin sayı 28% yüksəlib. Bundan başqa, LTE texnologiyası ilə ötürülən data trafikinin həcmi 23% çoxalıb. 


Qeyd edək ki, "Nar” bu il işğaldan azad edilmiş bölgələri də öz şəbəkəsi ilə təmin etməyə başlayıb. Artıq Şuşa şəhəri, Hadrut yolu da daxil olmaqla Xocavənd və Cəbrayıl rayonlarında 2G, 3G və 4G texnologiyalı baza stansiyaları işə salınıb. Qeyd edək ki, "Nar” 8780-dən artıq baza stansiyası ilə ölkə əhalisinin 99,9%-ni, ölkə ərazini 90%-ni şəbəkə ilə əhatə edib.


"Azerfon” şirkəti ("Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. "Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. "Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. 2017-ci ildə keçirilmiş mobil rabitə şəbəkələrinin müqayisəli testlərinə əsasən "Nar” şəbəkəsi mobil zəng xidmətlərinin göstərilməsi üzrə ölkədə ən yüksək nəticəyə nail olub. Sınaqları test xidmətləri üzrə müstəqil beynəlxalq şirkət olan "P3 Communications” keçirib və sınaq metodologiyası əhatəli xidmətlər üzrə müştəri təcrübəsinə əsaslanıb. 



www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol