• $
  • €
  • ₽
  • ₺
  • £

Kapital Bank minaların təmizlənməsi prosesinə dəstək göstərir

Kapital Bank minaların təmizlənməsi prosesinə dəstək göstərir
27.08.2021 09:35
Kapital Bank sosial yönümlü fəaliyyətinə uyğun olaraq işğaldan azad olunan torpaqlarda minalardan təmizlənməsi prosesinə də öz töhfəsini verir. Belə ki, bank, minaların aşkar edilib zərərsizləşdirilməsi prosesinə dəstək göstərərək, yeni layihəyə dəstək göstərib. 


Layihə çərçivəsində 26 avqust 2021-ci il tarixində Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov və Marşal İrsi İnstitutunun (MLI) prezidenti Perri Baltimorun iştirakı ilə anlaşma memorandumu imzalanıb. Memorandum çərçivəsində 2023-cü ilə qədər Amerikadan Azərbaycana xüsusi təlim keçmiş 30 minaaxtaran it gətiriləcək. 


İmzalanma mərasimində iştirak edən Kapital Bank-ın İdarə Heyəti sədrinin Beynəlxalq əlaqələr üzrə müşaviri Vüqar Sadiq layihədə iştirakın əhəmiyyətindən danışıb və dördayaqlılara bu çətin işdə uğurlar arzulayıb. İtlərdən biri rəmzi olaraq Kapital Bank tərəfindən "Birinci” adlandırılıb və onun üzərinə bankın adının əks olunduğu xüsusi xalta bağlanılıb.


Tədbirdən əvvəl, 25 avqust 2021-ci il tarixində MLI və ANAMA nümayəndələri və digər təşkilatçılar Füzuliyə gətirilən 10 baş minaaxtaran itə baş çəkiblər, onların saxlanması, qidalanması və gələcək akkreditasiya prosedurları barədə geniş məlumatlar alıblar. 


Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-a daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi – 103 filialı və 21 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.





www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol