• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan Türkmənistan və İranla qaz sazişi imzalayıb

Azərbaycan Türkmənistan və İranla qaz sazişi imzalayıb
29.11.2021 08:38
Azərbaycan, İran və Türkmənistan arasında qaz mübadiləsinə dair müqavilə imzalanıb, bu barədə İran Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Müqavilə Azərbaycan Prezidenti İlham Əliyev və İran Prezidenti İbrahim Rəisi arasında keçirilən görüşdən sonra imzalanıb.

Sazişi Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və İran neft naziri Cavad Oci imzalayıb.

Müqaviləyə əsasən, il ərzində Türkmənistandan Azərbaycana İran vasitəsi ilə 1,5-2 milyard kubmetr qaz nəql olunacaq.

İranın neft naziri Cavad Ovci bildirib ki, svop sazişinə əsasən, İran Türkmənistandan qaz alacaq və ekvivalent məbləği Astara sərhədində Azərbaycana çatdıracaq. Türkmənistan Azərbaycana gündə 5-6 milyon kubmetr qaz satacaq. 
 
Noyabrın 28-də Aşqabad şəhərində imzalanan üçtərəfli müqavilə müddətsizdir və dekabrın 1-dən qüvvəyə minir. Lakin faktiki olaraq müqavilə üzrə qazın nəqlinə dekabrın 22-dən etibarən başlanacağı gözlənilir.

Ovci həmçinin bildirib ki, İran 2017-ci ilin sonunda Tehrana tədarük edilən qaza görə 1,8 milyard dollar borcunun olduğunu bildirən Mərkəzi Asiyanın Türkmənistanı ilə uzun müddət davam edən qaz borcu mübahisəsini həll etmək üçün hərəkətə keçib.

"Türkmən tərəfinə olan qaz borcunu daha əvvəl aparılmış danışıqlardan sonra aradan qaldırmaq üçün ilk taksiti tezliklə ödəyəcəyik" , - deyə nazir əlavə edib. 

İran cənubda böyük təbii qaz yataqlarına malikdir, lakin 1997-ci ildən bəri Türkmənistandan qazı şimal əyalətlərində, xüsusilə qış aylarında paylamaq üçün idxal edir.
 




www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol