• $
  • €
  • ₽
  • ₺
  • £

Yelo Bank LUKOYL Azərbaycan ilə birgə ilk özünəxidmət mərkəzi istifadəyə verib

Yelo Bank LUKOYL Azərbaycan ilə birgə ilk özünəxidmət mərkəzi istifadəyə verib
03.12.2021 16:58
Yelo Bank LUKOYL Azərbaycan ilə birgə əməkdaşlıq çərçivəsində ilk özünəxidmət mərkəzini istifadəyə verdi.
 
3 dekabr tarixində Yelo Bank ilk özünəxidmət mərkəzini istifadəyə verdi. Sözügedən mərkəz LUKOYL Azərbaycan ilə birgə əməkdaşlıq çərçivəsində yaradılıb və 8 Noyabr prospekti 108 ünvanındakı LUKOYL YDM ərazisində yerləşir . Bu mərkəzin yaradılmasında əsas məqsəd müştərilərə daha yaxın olmaq və göstərilən xidmətlərin operativ həyata keçirilməsidir. Qeyd edək ki, ölkəmizdə Parlaq Bankçılıq şüarı altında fəaliyyət göstərən Yelo Bankın əsas prioritetlərdən biri müştərilərin daha çox vaxt sərf etdiyi xidmətlərin və bank əməliyyatlarının rəqəmsallaşmasıdır.

Ənənəvi filiallardan fərqli olaraq Özünəxidmət Mərkəzində müştərilər bank əməkdaşının iştirakı olmadan, terminal və planşetlər vasitəsilə ilə bir çox xidmətlərdən 24/7 rejimində, fasiləsiz yararlana bilər. Kartdan vəsaitin nağdlaşdırılması, kart və cari hesaba mədaxil, müxtəlif ödənişlərlə bərabər, burada müştərilər növbə gözləmədən, əlavə sənəd tələbi olmadan rahat şəkildə nağd pul, biznes kreditləri və Yelo kart sifarişi edə bilər. Qeyd edək ki, Yelo Bank təqdim etdiyi yeni xidmətlər sayəsində müştərilərə rəqəmsal kanallar vasitəsilə, o cümlədən özünəxidmət mərkəzindən sifariş etdikləri kart və nağd pul kreditlərinin filiala gəlmədən alınması imkanını da yaradır.  

Yelo Bankın İdarə heyətinin sədri Anar Həsənov LUKOYL Azərbaycan ilə strateji əməkdaşlığın real nəticələrinin əldə edilməsinə çox şad olduğunu bildirib: "Bu konsept həm Yelo Bank, həm də bank sektoru üçün yenilikdir. Əməkdaşlığımızın daha da genişləndirilməsi üzrə böyük planlarımız var. Yaxın gələcəkdə yalnız Bakıda deyil, həmçinin regionlarda da yeni özünəxidmət mərkəzlərinin açılması planlaşdırılır. Bu layihədə əsas məqsədimiz müştərilərimizə yaxın olmaq və daha çox insana keyfiyyətli distant bank xidmətlərinin çatdırılması yoluyla maliyyə savadlılığının artırılmasıdır. İnanırıq ki, qıısa zamanda bu mərkəzlər ənənəvi xidmət göstərən böyük filiallarla rəqabət edə biləcək".
LUKOYL Azərbaycanın direktoru Zaur Cəlilov mərkəzin açılışı zamanı qeyd edib: "Yeni inkişaf planımıza əsasən müştərilərin xidmət nöqtələrimizdə yalnız yanacaqdoldurma deyil, həmçinin fərqli tələbatlarını ödəmək imkanı yaratmağa çalışırıq. Hesab edirəm ki, bu gün istifadəyə verilmiş özünəxidmət mərkəzi həm Yelo Bank, həm də LUKOYL Azərbaycan müştərilərinin rahatlığını artıracaq. Bu və gələcək layihələrimizin hər iki tərəf üçün faydalı olacağından əminəm”.
Bu partyorluq yalnız mərkəzlərlə yekunlaşmır, həmçinin müştərilərin bank təcrübəsini artıracaq digər yeniliklərin istifadəyə verilməsi də planlaşdırılır.

Əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram  və ya Whatsapp hesablarımıza yazın cavablandıraq!  
Yelo Bank – Parlaq bankçılıq!
 




 





www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol