• $
  • €
  • ₽
  • ₺
  • £

ABB işəqəbul portalını təqdim etdi

ABB işəqəbul portalını təqdim etdi
27.12.2021 17:13
ABB ölkəmizdə bank sektorunun ən yaxşı işəgötürəni brendini formalaşdırmaq üçün daha bir əhəmiyyətli addım atıb. Bank işəqəbul prosesini asanlaşdıran https://careers.abb-bank.az platformasını istifadəyə verib. 

ABB-dəki vakansiyalara müraciət etmək istəyən namizədlərin artıq Banka mütəmadi CV göndərmələrinə ehtiyac yoxdur. Namizədlər portalda özlərinə şəxsi kabinet yaratmaqla mövcud vakansiyalar barədə ətraflı məlumat əldə edə və müraciətlərini yükləyə bilərlər. Portal namizədlərə təkrar müraciət göndərmədən şəxsi kabinetdən məlumatlarını yeniləmək imkanı yaradır. Namizədlər ABB-də işəqəbul üçün müraciətlərinə baxılma prosesinin mərhələlərini  də portalda izləyə bilərlər. 

Bankın Baş direktoru Aynur Süleymanlı bildirib: "ABB rəqəmsallaşma proseslərini genişləndirir və bu sahədə ən qabaqcıl təcrübələri tətbiq edir. İndiyə kimi bir çox proseslərimizi avtomatlaşdırmışıq. Təlimlərimiz xüsusi platformada həyata keçirilir. İndi isə belə bir portalı istifadəyə verməklə komandamıza qoşulmaq istəyən istedadların inkişafı üçün real imkan yaratdıq”.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar. 



www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol