• $
  • €
  • ₽
  • ₺
  • £

Yelo Bank vətəşdaşların biznes arzularını gerçəkləşdirdi

Yelo Bank vətəşdaşların biznes arzularını gerçəkləşdirdi
07.01.2022 16:21
Sosial layihələrə xüsusi həssaslıqla yanaşan Yelo Bank Özünüməşğulluq Proqramında aktiv iştirakını davam etdirir. Bu dəfə Bank daha 4 vətəndaşın biznes arzularını gerçəkləşdirərək onlar üçün əsl Yeni il sürprizi etdi. 
 
Avtotəmizləmə xidməti üzrə biznesə başlamaq arzusunda olan Alıyev Nicat lazımi avadanlıqlarla təmin edildi. Dəstək verilən digər vətəndaşların xanım iştirakçılar olması isə xüsusilə sevindiricidir. Quluzadə Cəmilə və Qurbanova Fatiməyə kiçik dərzi sexi üçün, Ələkbərova Esmiraya isə un məmulatlarının istehsalı üçün lazım olan bütün avadanlıqlar hədiyyə edildi. Beləliklə, ölkədə qadın sahibkarlığının inkişafı istiqamətində 
 
Yelo Bank öz töfhəsini verməyə davam edir. 
 
Özünüməşğulluq Proqramı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası arasında birgə imzalanan 
Memoranduma əsasən həyata keçirilir. Sosial proqramın şərtlərinə uyğun olaraq fərdi sahibkarlıqla məşğul olmaq istəyən və həssas qruplara aid olan vətəndaşlarımız istehsal və ya xidmət avadanlığı ilə təmmənnasız təmin olunur. Məqsəd həmin şəxslərin kiçik ailə bizneslərini qurmaqlarına və yaxud mövcud bizneslərini inkişaf etdirmələrinə dəstək olmaqdır. Özünüməşğulluq proqramına ilk qoşulanlardan olmaqla yanaşı Yelo Bank bu layihənin həyata keçirilməsinə dəstək olmağa 2022-ci ildə də aktiv davam edəcək.
 
Əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram və ya Whatsapp hesablarımıza yazın cavablandıraq! Həmçinin, bizim parlaq Yelo App mobil tətbiqini yükləyərək, onlayn kredit almaq da mümkündür. 
 




 
Yelo Bank – Parlaq bankçılıq!

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol