• $
  • €
  • ₽
  • ₺
  • £

Bank Respublika və EFSE regionlarda sahibkarlığın dəstəklənməsi üçün kredit sazişi imzalayıb

Bank Respublika və EFSE regionlarda sahibkarlığın dəstəklənməsi üçün kredit sazişi imzalayıb
31.01.2022 14:05

Azərbaycanda real sektoru dəstəkləyən ölkənin aparıcı banklarından biri olan Bank Respublika və Cənub-Şərqi Avropa üzrə Avropa Fondu (EFSE) arasında kredit sazişi imzalanıb. Sazişə əsasən Banka 15 milyon ABŞ dolları məbləğində kredit ayrılacaq və vəsaitlər milli valyutada təqdim ediləcək.
 
Cəlb edilən vəsait mikro və kiçik biznesin maliyyələşdirilməsinə, xüsusən də regionlardakı sahibkarların dəstəklənməsinə yönəldiləcək. "Bank Respublika”nın geniş filial şəbəkəsi sayəsində cəlb olunmuş vəsait vəsait Azərbaycanın bütün regionlarında fəaliyyət göstərən sahibkarların dəstəklənməsinə şərait yaradacaqdır.
 
"Biz Bank Respublika ilə tərəfdaşlığımızdan çox məmnunuq, çünki bu əməkdaşlıq sayəsində, Azərbaycanda kənd təsərrüfatı müəssisələrinin maliyyələşdirilməsinin inkişafı üçün yeni imkanlar yaranıb. Yeni kredit xətti təkcə fondun əsas müştəri qrupları üçün uzunmüddətli maliyyələşməni təmin etməyəcək, həm də onun yerli valyutada verilməsi sahibkarların valyuta dəyişkənliyindən qorunmasını təmin edəcək ki, bu da dayanıqlı iqtisadi artım üçün vacibdir” - deyə EFSE İdarə Heyətinin sədri Klaus Müller bildirib.
 
"Bu sazişin imzalanması - beynəlxalq maliyyə institutlarının Bankın peşəkarlığına, xidmət keyfiyyətinə, operativliyinə, eləcə də uzunmüddətli sabitliyinə inamının növbəti göstəricisidir. EFSE kimi aparıcı beynəlxalq maliyyə təşkilatları ilə tərəfdaşlıq bizə real sektorun, xüsusən də ölkənin regionlarında fəaliyyət göstərən iş adamlarının maliyyələşdirilməsi üçün əlavə imkanlar yaradacaq”- deyə Bank Respublikanın İdarə Heyətinin sədri Tariyel İsmayılov qeyd edib.
 
Daha ətraflı məlumatı Bank Respublika”nın rəsmi saytından, facebook səhifəsindən, və yaxud 144 – Çağrı Mərkəzinə zəng edərək əldə etmək mümkündür.


www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol