• $
  • €
  • ₽
  • ₺
  • £

Okko onlayn kinoteatrı Azercell ilə smartfonlarınızda!

Okko onlayn kinoteatrı Azercell ilə smartfonlarınızda!
12.02.2022 23:11
Ölkənin lider mobil operatoru rəqəmsal məhsullar portfelini genişləndirməyə davam edir.
 
Bu dəfə "Azercell Telekom” MMC MDB-nin ən böyük onlayn kinoteatrlarından biri olan Okko-nu yerli bazarda xüsusi şərtlərlə təqdim edir.
Mobil operator öz abunəçilərinə dünyada 20 milyona yaxın müştərinin rəğbətini qazanan bu tətbiqdən 45% -dək endirimlə yararlanmaq imkanı verir.
 
Okko vasitəsilə 90.000-dən çox bədii və cizgi filmlərini, eləcə də serialları heç bir reklam fasiləsi olmadan Full HD 4K və 8K keyfiyyətində izləmək mümkündür. Həmçinin, xidmət smart funksiyası olan televizorların əksəriyyətində də mövcuddur.
 
Azercell Okko onlayn kinoteatrına güzəştli qiymətlərlə Optimum paketinə abunəliyi təqdim edir. Bu paketə Paramount+, Vip Play, Okko Lite, uşaqlar üçün xüsusi kontent, elm-təhsil sahəsinə dair veriliş və filmlər daxildir. Bundan əlavə, paketə abunə olanlar karaoke xidmətindən istifadə edib, dünya üzrə məşhur hitləri ifa etmək imkanı da əldə edirlər. 
 
Okko-ya üç növ - gündəlik, həftəlik və aylıq abunə təklif edilir. Gündəlik abunənin xidmət haqqı 0.35 AZN, həftəlik abunə 1.5 AZN, aylıq abunə isə cəmi 4.99 AZN təşkil edir. Hazırda bu xidmətin aylıq abunəliyinə qoşulanlar 30 gün Okko onlayn kinoteatrından pulsuz istifadə etmək imkanı qazanacaq.
Okko xidmətinə həm USSD kod, həm SMS vasitəsilə abunə olmaq mümkündür. Gündəlik paket üçün *800#, həftəlik abunə üçün *890#, aylıq paket üçünsə *899# kodunu yığmaq lazımdır. Bu zaman xidmətə qoşulmaq üçün məlumat və yükləmə linki SMS-lə telefona göndərilir.
 
SMS vasitəsilə xidmətə qoşulmaq üçün Start gun, Start hefte və Start ay sözlərini paket növünə uyğun olaraq 6660 qısa nömrəsinə göndərmək lazımdır. Bu xidmətə abunəliyi Azercell-in "Kabinetim” mobil tətbiqi üzərindən də aktivləşdirmək olar.
 
Bağlantını asanlaşdırmaqla abunəçilərinin həyatını daha da dolğun etməyi hədəfləyən Azercell indi də onlara bir abunədə minlərlə filmə baxmaq fürsətindən yararlanmağa dəvət edir.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol