• $
  • €
  • ₽
  • ₺
  • £

ABB-də mediatorlar üçün təlim

ABB-də mediatorlar üçün təlim
28.02.2022 11:56
ABB-nin təşəbbüsü və təşkilatçılığı ilə mediatorlar üçün təlim təşkil olunub. Təlimə Ədliyyə Akademiyası, Mediasiya Şurası və Azərbaycan Banklar Assosiasiyası da dəstək verib. Mövzu "Bankla müştəri arasında yaranan kommersiya mübahisələrinin əsasları” olub. Təlimdə 27 mediator iştirak edib. Təqdimatlarda müştərilərlə bağlanmış müqavilələrdən irəli gələn mübahisələrə diqqət yönəlib. Hesablaşmalar, kart əməliyyatları, İnternet Bankdan istifadə və s. xidmətlərlə bağlı yarana biləcək mübahisələrin spesifikliyi nəzərdən keçirilib. Müxtəlif məqamlara aydınlıq gətirilib. İştirakçıların sualları cavablandırılıb. 

ABB-nin İdarə Heyəti sədrinin müavini Vasif Əhmədov bildirib ki, Bank cəmiyyətdə maliyyə savadlılığının yüksəldilməsi istiqamətində tədbirləri davam etdirir: "Bu gün bank əməliyyatları həyatımızın bir hissəsinə çevrilib. Əməliyyatlar genişləndikcə, proseslər rəqəmsallaşdıqca müəyyən suallar da artır. Mediasiya prosesləri bu cür sualların cavablandırılması, mümkün mübahisələrin vaxtında və düzgün həlli baxımından çox önəmlidir. Ümid edirik ki, belə təlimlər faydalı olacaq”.  

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.



www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol