• $
  • €
  • ₽
  • ₺
  • £

Kapital Bank sahibkarlara dəstək göstərməsi üzrə liderdir!

Kapital Bank sahibkarlara dəstək göstərməsi üzrə liderdir!
01.03.2022 10:27
Ölkə bankları arasında hər zaman sahibkarlara dəstək göstərən, onlara sərfəli şərtlər əsasında müxtəlif kreditlər, kampaniyalar və güzəştlər təqdim edən Kapital Bank bu istiqamətdə Sahibkarlığın İnkişafı Fondu (SİF) ilə sıx əməkdaşlıq edir. SİF pandemiyadan zərər çəkmiş sahibkarların müvəkkil kredit təşkilatlarından aldıqları yeni kreditlərə zəmanət və subsidiya verilməsini nəzərdə tutan dövlət zəmanətli kredit və subsidiya mexanizmi başa çatdırılıb.
 
Nəticələrə görə Kapital Bank zəmanəti qüvvəyə minən 537 sahibkara dəstək göstərməklə 18 müvəkkil bank arasında birinci yerdədir. Proqram çərçivəsində 2630 müraciət üzrə 500 milyon manata yaxın kreditə 292 milyon manatdan artıq məbləğə zəmanət verilib. Zəmanət verilən kreditlər üzrə 17,3 milyon manat subsidiya ödənilib və kredit müddəti ərzində ödənişlər davam etdiriləcək.
 
Qeyd edək ki, Kapital Bank-ın KOS müştəriləri üçün nəzərdə tutulan Biznes Mərkəzləri Xətai, Səbail, Nəsimi, Gənclik, Yasamal, Mərkəz, 28 May filiallarında, həmçinin Sədərək TM-də yerləşən Ticarət filialı fəaliyyət göstərir. Biznes mərkəzlərində KOS müştərilərə xüsusi xidmət bölməsi ilə yanaşı fərdi müştəri menecerləri də vardır. Onlar sahibkarlara bankın təqdim etdiyi məhsullar barədə məlumat verməklə yanaşı, kredit, qarantiya, overdraft, faktorinq və digər maliyyələşmə məhsullarının sifarişlərini qəbul edirlər, biznesin inkişafı üçün maliyyə məsləhətləri və bir sıra digər xidmətlər də göstərirlər.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol