• $
  • €
  • ₽
  • ₺
  • £

Azercell abunəçiləri Ukraynadakı yaxınlarına pulsuz zəng etməyə davam edəcəklər!

Azercell abunəçiləri Ukraynadakı yaxınlarına pulsuz zəng etməyə davam edəcəklər!
02.03.2022 15:22
Lider mobil operator Azərbaycandan Ukrayna istiqamətində tətbiq etdiyi pulsuz zənglərin müddətini martın 6-na qədər uzatdı!
 
Azercell Ukraynadakı vəziyyətlə əlaqədar abunəçilərinə dəstəyini davam etdirir. Belə ki, lider mobil operator hazırda Ukrayna ərazisində olan Azərbaycan vətəndaşları, həmçinin vətəndaşlarımızın bu ölkədə yaşayan doğmaları ilə kəsintisiz rabitə əlaqəsini təmin etmək məqsədilə Azərbaycandan-Ukrayna  istiqamətində tətbiq etdiyi ödənişsiz telefon zənglərinin müddətini mart ayının 6-dək (06.03.2022 tarixi daxil) uzatdı. Bu imkan bütün Azercell abunəçiləri üçün təqdim olunub.
 
Ukrayna istiqamətində mobil rabitə xəttlərində mümkün yüklənmə riskinin və pulsuz bağlantıdan sui-istifadə hallarının qarşısının alınması məqsədilə mobil operator öz abunəçilərdən qeyd edilən güzəştli zəngləri 3 dəqiqə civarında saxlamağı xahiş edir.
 
Azərbaycandan Ukraynaya ödənişsiz zəng imkanı şirkət tərəfindən fevral ayının 27-dən etibarən tətbiq olunub. Azercell daha öncə Ukraynada olan abunəçilərinin balansına 50 azn həcmində vəsait yükləyib. Abunəçilərini diqqət mərkəzində saxlayan mobil operator onlara daima ünsiyyət və əlaqədə qalmaq üçün imkanlar yaradır.
 
Bundan əlavə, şirkətin xidmət mərkəzləri 7/24 abunəçilərin xidmətindədir: Çağrı Mərkəzi (ümumi əlaqə nömrəsi *1111, fakturasız xətt abunəçiləri üçün (012) 490 49 49, fakturalı xətt abunəçiləri üçün (012) 490 52 52); Online Dəstək xidməti; "Kabinetim”tətbiqi: https://www.azercell.com/az/personal/digital-solutions/kabinetim.html

 


www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol