• $
  • €
  • ₽
  • ₺
  • £

Ukraynadakı yaxınlarınızla əlaqədə qalın!

Ukraynadakı yaxınlarınızla əlaqədə qalın!
09.03.2022 17:14
Azercell Ukrayna istiqamətində tətbiq etdiyi pulsuz zəngləri martın 26-na qədər uzatdı
 
"Azercell Telekom” MMC Ukraynada davam edən durumla əlaqədar Azərbaycandan bu istiqamətdə tətbiq etdiyi pulsuz zənglərin müddətini martın 26-na (26.03.2022 tarixi daxil) qədər uzatdı. Lider mobil operator 27 fevral 2022-ci il tarixindən etibarən hazırda Ukraynadakı Azərbaycan vətəndaşları, eləcə də vətəndaşlarımızın bu ölkədə yaşayan qohumları ilə kəsintisiz telefon əlaqəsini təmin etmək, onların çətin anlarında yaxınları ilə ünsiyyətinə dəstək olmaq məqsədilə bu təşəbbüslə çıxış edir.
 
Azercell bütün abunəçilərindən Ukrayna istiqamətində mobil rabitə xəttlərində mümkün yüklənmə riskinin və pulsuz bağlantıdan sui-istifadə hallarının qarşısının alınması məqsədilə qeyd edilən güzəştli zəngləri 3 dəqiqə civarında saxlamağı xahiş edir.
 
 Azercell daha öncə Ukraynada rominqdə olan abunəçilərin nömrələrinin balansını artıraraq 50 azn həcmində vəsait yükləyib. Balansartırma həm fakturalı, həm fakturasız xətt sistemlərinə aid bütün nömrələrə şamil olub.
 
Şirkətin xidmət mərkəzləri 7/24 abunəçilərin xidmətindədir: Çağrı Mərkəzi (ümumi əlaqə nömrəsi *1111, fakturasız xətt abunəçiləri üçün (012) 490 49 49, fakturalı xətt abunəçiləri üçün (012) 490 52 52); Online Dəstək xidməti; "Kabinetim” tətbiqi: https://www.azercell.com/az/personal/digital-solutions/kabinetim.html vasitəsilə sizi maraqlandıran suallarla müraciət edə və ya lazımı məlumatı əldə edə bilərsiniz.


www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol