• $
  • €
  • ₽
  • ₺
  • £

Kapital Bank əməkdaşları üçün “Bir Design Meetup” tədbiri keçirilib

Kapital Bank əməkdaşları üçün “Bir Design Meetup” tədbiri keçirilib
15.03.2022 11:21
Kapital Bank xaricdən cəlb etdiyi peşəkarın iştirakı ilə əməkdaşları üçün "Bir Design Meetup” tədbirini təşkil edib. 11 mart 2022-ci il tarixində baş tutan tədbirə bankın dizayn və müştəri təcrübəsinin araşdırması üzrə funksional sahəsində fəaliyyət göstərən əməkdaşlar qatılıblar.


Məhsul dizaynı üzrə funksional sahənin lideri olan Roman Pavlichuk Kapital Bank-ın məhsul dizaynı strategiyası, 2022-ci ildə tətbiq ediləcək yeniliklər barədə məlumatlar verib, həmçinin öz peşəkar təcrübəsini əməkdaşlarla paylaşıb. Əməkdaşları maraqlandıran sualları cavablandıran Roman, müasir trendlər, müştəri münasibətləri və məhsulların özəllikləri barədə də danışıb.


Məlumat üçün bildirək ki, Roman Pavliçuk beynalxalq təcrübəyə malik məhsul dizayneridir, Ecom və Fintech sahələri üzrə ixtisaslaşıb. 10 ildən artıqdır ki, dizayn komandalarını idarə edir. Tinkoff biznesdə komanda lideri olduğu müddətdə, müştərilər üçün şəxsi kabinetin dizaynını yaradıb. 2020-ci ildə Markswebb reytinq agentliyi interfeysin rahatlığını və funksionallığını təhlil edərək, onu sahibkarlar üçün onlayn banklar arasında birinci yerə layiq görüb.
 
Qeyd edək ki, ölkənin maliyyə qurumları arasında ən böyük işəgötürən olan Kapital Bank-da hazırda 4000-dən artıq əməkdaş çalışır. Əməkdaşlarının inkişafına, iş şəraitinin yaxşılaşdırılmasına töhfə vermək üçün bank daim müxtəlif yeni proqramlar və layihələr həyata keçirir.


Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-a daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi – 104 filialı və 23 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün – https://kbl.az/krdt, BirKart sifarişi üçün – https://kbl.az/tkstcrd.



www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol