• $
  • €
  • ₽
  • ₺
  • £

Kapital Bank-da Müstəqillik Günü qeyd edildi

Kapital Bank-da Müstəqillik Günü qeyd edildi
31.05.2022 16:54
Kapital Bank-ın menecment komandasının iştirakı ilə ənənəvi komanda quruculuğu tədbiri keçirilib. Bir qayda olaraq hər il keçirilən bu tədbir adətən payız aylarına təsadüf etsə də, bu dəfə "BİRliyimiz Qələbəmizdir!” şüarı altında təşkil edilən görüş əvvəlki tədbirlərdən fərqli olaraq məhz Müstəqillik Gününə həsr olunub və unudulmaz anlarla yadda qalıb. Tədbir iştirakçıları arasında Kapital Bank-ın İdarə Heyətinin sədri başda olmaqla, idarə heyətinin üzvləri, orta və üst menecmentin nümayəndələri yer alıb.

Festival formatında təşkil olunan tədbir 2 hissədən ibarət olub. Tədbirin birinci hissəsinə ölkəmizin səfalı guşələrindən biri olan Quba rayonunun dağlıq və yaşıllıq ərazisində milli ornamentlərlə bəzədilmiş məkanda start verilib. Tədbirin bu hissəsi milli ruhda hazırlanan stendlərlə yadda qalıb. Stendlərdə müxtəlif milli incəsənət və bədii yaradıcılıq nümunələri və yerli istehsal olunan məhsullar nümayiş etdirilib. İştirakçılar vətənimizin ləziz təamlarından dadaraq milli musiqi ansamblının ifalarını dinləyiblər.

Tədbirin ikinci hissəsi qala tipli şam yeməyi formatında təşkil olunub. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra İdarə Heyətinin sədri Rövşən Allahverdiyev açılış nitqi ilə çıxış edib. O, öz nitqində müstəqilliyimizin keçmiş tarixi və yeni tarixə qızıl hərflərlə həkk olunan şanlı qələbəmiz barədə danışıb, habelə Kapital Bank-ın ölkənin maliyyə sektoruna verdiyi xüsusi töhfəni və sektordakı əvəzsiz rolunu vurğulayıb. Sədr, eyni zamanda, bankın son illərdə qət etdiyi əhəmiyyətli uğur yolu barədə söz açıb və rəhbər vəzifələrə yeni təyin olunan gənc liderlərə peşəkar karyeralarında müvəffəqiyyət arzulayıb. Açılış nitqinin ardınca Bankın əməkdaşları şəhidlərimizin əziz xatirəsini 1 dəqiqəlik sükutla yad ediblər. Tədbir vətənpərvərlik ruhunda səsləndirilən musiqilərin yer aldığı konsert proqramı ilə davam edib və əsrarəngiz atəşfəşanlıqla yekunlaşıb.

Qeyd etmək lazımdır ki, bu kimi tədbirlərin keçirilməsi korporativ və milli mədəniyyətin aşılanmasına, əməkdaşlar arasındakı əlaqələrin yaxşılaşdırılmasına və komanda ruhunun inkişafına müsbət təsir göstərir.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-a daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi – 105 filialı və 23 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün – https://kbl.az/krdt, BirKart sifarişi üçün – https://kbl.az/tkstcrd.
 









www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol