• $
  • €
  • ₽
  • ₺
  • £

Azercell-in dəstəyi ilə Vətən müharibəsi qaziləri və şəhid övladları üçün keçirilən peşə təlimləri başa çatıb

Azercell-in dəstəyi ilə Vətən müharibəsi qaziləri və şəhid övladları üçün keçirilən peşə təlimləri başa çatıb
13.07.2022 16:28
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycanda Amerika Ticarət Palatası İctimai Birliyinin (AmCham Azərbaycan), "Azercell Telekom” MMC-nin və Azərbaycan Gənclərinin Nailiyyəti İctimai Birliyinin (JA Azərbaycan) tərəfdaşlığı ilə Vətən müharibəsi  qaziləri və şəhid övladları üçün həyata keçirilən  sosial təşəbbüs başa çatıb. İyulun 6-da Marriot Boulevard oteldə baş tutan mərasimdə layihə çərçivəsində peşə istiqamətini seçməyə və peşəkar potensiallarını reallaşdırmağa yönəlmiş təlimlərə qatılan proqram iştirakçılarına xüsusi sertifikatlar təqdim edilib.  

Qeyd edək ki, iştirakçılar 6 ay boyunca onlayn şəkildə təşkil edilən ingilis dili və kompüter kurslarına cəlb olunub, xüsusilə fərqlənən gənclər isə ölkənin aparıcı şirkətlərində təcrübə keçmək imkanı qazanıblar. Layihənin rəqəmsal tərəfdaşı Azercell proqram iştirakçılarını datakart və yüksəksürətli mobil internet xidmətləri ilə təmin edib. 

Tədbirdə çıxış edən Azercell-in Korporativ Ünsiyyət departamentinin direktoru Sona Abbasova bildirdi: "Şirkətimiz şəhid və qazi ailələrinin sosial rifahının yaxşılaşdırılması istiqamətində həyata keçirilən dövlət proqramlarını  daima dəstəkləməyə çalışır,  2-ci Qarabağ müharibəsi zamanı və ondan sonrakı dövrdə bu cür layihələrin  təşəbbüskarı və dəstəkçisi olmaqdan şərəf duyur”. 

Təlimlər  "Celt Colleges” və "JA Azərbaycan”ın peşəkarları tərəfindən həyata keçirilib. 



www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol