Prezident minimum pensiyanın artırılması barədə qanunu təsdiqləyib
06.02.2025 16:11
Prezident İlham Əliyev "Əmək pensiyaları haqqında” qanunda dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib. Bu barədə Prezidentin rəsmi saytı məlumat verib.
Yenilənmiş qanuna əsasən, bu il fevralın 1-dən Azərbaycanda minimum pensiya 280 manatdan 320 manata çatdırılıb.