• $
  • €
  • ₽
  • ₺
  • £

SOCAR Bahar yatağının tam yenidən işlənməsinə başlayıb - Babək Hüseynov

SOCAR Bahar yatağının tam yenidən işlənməsinə başlayıb - Babək Hüseynov
02.06.2026 12:22

SOCAR SLB şirkəti ilə birlikdə Bahar yatağının tam yenidən işlənməsi proqramını həyata keçirir. Bunu SOCAR-ın hasilat üzrə vitse-prezidenti Babək Hüseynov bildirib.

Onun sözlərinə görə, Bahar yatağı uzun illər ərzində hasilatın davamlı azaldığı yataq kimi qiymətləndirilib.

“İndi biz bu yatağa yeni həyat veririk. Tam yenidən işlənmə proqramı həyata keçirilir. Biz etibarlı tərəfdaşımız olan SLB ilə əməkdaşlıq edirik”, - Hüseynov Bakı Enerji Həftəsində deyib.

O bildirib ki, şirkətin mütəxəssisləri hesablamalar aparıb, yatağın tam statik və dinamik modelini hazırlayıblar.

“Onlar elə rəqəmlər səsləndirirlər ki, açığı, həmin rəqəmlər məni belə təəccübləndirir. Söhbət həm neftdən, həm də qazdan gedir”, - SOCAR-ın vitse-prezidenti qeyd edib.

Hüseynov əlavə edib ki, SOCAR Bakını enerji mühəndisliyi, əməliyyat mükəmməlliyi, dəniz əməliyyatları üzrə ekspertiza və yüksək ixtisaslı neft-qaz kadrlarının mərkəzinə çevirməyi hədəfləyir.

Onun sözlərinə görə, SOCAR Tamar, Shah Deniz və Kot-d’İvuardakı Elei layihəsi də daxil olmaqla beynəlxalq upstream layihələrini genişləndirir.

“Upstream sektorunda növbəti dəyər mərhələsi həm yeni kəşflər, həm də mövcud yataqların yenidən qiymətləndirilməsi hesabına formalaşacaq”, - Hüseynov bildirib.


Gülnar Nazimqızı

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol