• $
  • €
  • ₽
  • ₺
  • £

Çindən alınan yeni lokomotivlər beynəlxalq dəhlizlərə cəlb olunur

Çindən alınan yeni lokomotivlər beynəlxalq dəhlizlərə cəlb olunur
18.09.2026 10:43

aparılır.

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) Çinin "CRRC Ziyang Co., Ltd" şirkətindən tədarük edilən AC50 tipli 7 ədəd yeni yük lokomotivini beynəlxalq nəqliyyat dəhlizləri üzrə yük daşımalarına cəlb edir. Bu barədə ADY-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Bəxtiyar Hacıyev məlumat verib.

Bildirilib ki, yüksək dartı qüvvəsinə malik magistral teplovozlar ağırtonnajlı və uzun tərkibli qatarların təhlükəsiz daşınması üçün müasir idarəetmə sistemləri, ikili kompressor və 2 min litrlik sıxılmış hava çəni ilə təchiz olunub. Lokomotivlərin texniki xidmət dövriliyi 90 gün müəyyən edilib və iki teplovozun bir briqada tərəfindən idarə olunması əməliyyat xərclərini optimallaşdırır.

Beynəlxalq Dəmir Yolları İttifaqının (UIC) IIIA səviyyəli ekoloji standartlarına cavab verən hərəkət tərkibi artan tranzit axınının tələbatını ödəməyə hesablanıb. ADY parkın genişləndirilməsi çərçivəsində daha 14 yük lokomotivinin tədarükü üzrə danışıqları davam etdirir.

N. Təbrizli

 

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol