• $
  • €
  • ₽
  • ₺
  • £

Bakı və Berlin Orta Dəhlizə investisiyaları müzakirə edəcək

Bakı və Berlin Orta Dəhlizə investisiyaları müzakirə edəcək
24.09.2026 13:51

Bakı oktyabrın 6-da Alman-Azərbaycan Xarici Ticarət Palatasının (AHK Azərbaycan) təşkilatçılığı ilə baş tutacaq "Alman-Azərbaycan Strateji Tərəfdaşlıq və Bağlantılar Konfransı 2026" tədbirinə ev sahibliyi edəcək.

Konfrans Orta Dəhliz boyunca infrastruktur, nəqliyyat, logistika, yaşıl enerji və rəqəmsallaşma sahələrinə investisiya və maliyyə vəsaitlərinin səfərbər edilməsinə həsr olunub. Tədbirdə yüksək səviyyəli dövlət rəsmiləri, biznes rəhbərləri, beynəlxalq inkişaf bankları (MDB) və ixrac kredit agentlikləri (ECA) iştirak edəcək.

Tədbir AHK Azərbaycanın icraçı direktoru Nərgiz Vik, iqtisadiyyat naziri Mikayıl Cabbarov, energetika naziri Pərviz Şahbazov və Almaniyanın Azərbaycandakı səfiri Dirk Lölkenin açılış nitqləri ilə başlayacaq. Günün ikinci yarısında rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev əsas məruzə ilə çıxış edəcək.

Konfrans çərçivəsində infrastruktur, bərpa olunan enerji ötürülməsi, logistika və rəqəmsal həllərə dair dörd yüksək səviyyəli panel iclası, həmçinin "Nəqliyyat və logistika infrastrukturu", "Yaşıl enerjiyə keçid" və "Rəqəmsallaşma və ticarət" mövzularında üç biznes-dövlət (B2G) dəyirmi masası təşkil olunacaq.

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol