• $
  • €
  • ₽
  • ₺
  • £

Black Sea Energy" üzrə danışıqlar noyabrda keçiriləcək

Black Sea Energy" üzrə danışıqlar noyabrda keçiriləcək
06.10.2026 12:43

"Black Sea Energy Cables" yaşıl enerji dəhlizinin inkişafı üzrə növbəti danışıqlar noyabrın sonunda baş tutacaq. Bunu Bakıda keçirilən Alman-Azərbaycan Strateji Tərəfdaşlıq və Bağlantılar Konfransında "Green Energy Corridor Power Operating Company" (GECO) birgə müəssisəsinin yeni icraçı direktoru Yusif Qayıbov bildirib.

O qeyd edib ki, Azərbaycan yaşıl enerjisinin Gürcüstan və Qara dəniz vasitəsilə Rumıniya, Macarıstan və Bolqarıstana nəqlini nəzərdə tutan təşəbbüs çərçivəsində iştirakçı dövlətlərin nazirləri və aidiyyəti qurumların rəhbərləri indiyədək 12 dəfə görüşüblər, növbəti nazirlər toplantısı isə 2026-cı ilin noyabr ayının sonuna planlaşdırılıb.

Qayıbov layihənin mürəkkəb xarakter daşıdığını, birgə müəssisənin 2024-cü ildən fəaliyyət göstərdiyini və iştirakçı ölkələrin bir hissəsinin artıq mövcud elektrik şəbəkələri ilə bağlı olduğunu vurğulayıb.

Onun sözlərinə görə, təşəbbüsün uğurla reallaşması üçün beynəlxalq maliyyə institutları, banklar və özəl sektorun riskləri bölüşərək cəlb olunması həlledici rol oynayacaq. Qeyd edək ki, Xəzər regionundan Avropa İttifaqına Qara dənizin dibi ilə 4 QVt-dək yaşıl elektrik enerjisinin ötürülməsini hədəfləyən layihənin dəyəri 10 milyard avrodan çox qiymətləndirilir, tədarükün başlanması isə 2032-ci ilə nəzərdə tutulub.

N. Təbrizli

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan neftinin qiyməti 103 dollara yaxınlaşır
İqtisadiyyat 09:17
Azərbaycan neftinin qiyməti 103 dollara yaxınlaşır
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol