• $
  • €
  • ₽
  • ₺
  • £

Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panlelləri qurulur

Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panlelləri qurulur
19.10.2026 16:06

Kapital Bank-ın Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) ilə əməkdaşlığı çərçivəsində Enerji effektivliyi fondunun vəsaiti hesabına ilk layihə maliyyələşdirilib. Günəş panellərinin quraşdırılmasını nəzərdə tutan layihənin nəticəsində ildə təxminən 50 000 kubmetr təbii qaza qənaət edilməsi və 100 ton karbon emissiyasının qarşısının alınması gözlənilir.

Layihə bərpa olunan enerji mənbələrindən istifadə istiqamətində aktiv istehlakçılar tərəfindən günəş panellərinin quraşdırılmasını nəzərdə tutur. Gözlənilən nəticələr enerji resurslarından daha səmərəli istifadəyə və ətraf mühitə təsirin azaldılmasına töhfə verəcək.

İlk layihənin maliyyələşdirilməsi Kapital Bank və EMTA arasında imzalanmış əməkdaşlıq müqaviləsinin praktik mərhələyə keçdiyini göstərir. Müqavilə Enerji effektivliyi fondunun vəsaiti hesabına enerji effektivliyi tədbirlərinin həyata keçirilməsi üçün güzəştli kreditlərin verilməsini nəzərdə tutur. Fondun vəsaiti hesabına maliyyələşdirilən ilk layihə də bu istiqamətdə əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyət daşıyır.

Kapital Bank yaşıl maliyyələşmə istiqamətində fəaliyyətini davam etdirir. Bank sahibkarların yaşıl layihələrinin maliyyələşdirilməsi ilə yanaşı, günəş panelləri və elektrikli avtomobillər üçün şarj məntəqələri kimi təşəbbüsləri də dəstəkləyir. 

Ölkənin birinci bankı Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 118 filialı, 50 şöbəsi və 15 Rəqəmsal Mərkəzi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün //kapitalbank.az saytına, 196 Əlaqə Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti və Birbank kartı sifarişlərinizi onlayn formada həyata keçirə bilərsiniz. 

 

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
“INMerge 2026” sammitinə 94 ölkədən 1300-dən çox startap müraciət edib
İqtisadiyyat 07:37
“INMerge 2026” sammitinə 94 ölkədən 1300-dən çox startap müraciət edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol