• $
  • €
  • ₽
  • ₺
  • £

Facebook 120 milyon dollar məbləğində cərimələndi

Facebook 120 milyon dollar məbləğində cərimələndi
18.05.2017 17:00
Avropa Komissiyası "Facebook” sosial şəbəkəsini 120 milyon dollar məbləğində cərimələyib.

Anews.az Report-a istinadən xəbər verir ki, buna səbəb şirkətin "WhatsApp” mesajlaşma xidmətini satın alan zaman yalan məlumat verməsi olub.

"Bugünkü qərar şirkətlərə onların doğru məlumat təmin etmək öhdəliyi də daxil olmaqla Aİ-nin birləşmə ilə bağlı bütün qaydalarına riayət etməli olduğuna aydın siqnaldır. Komissiya dəqiq faktları bilməklə rəqabəti nəzərə alaraq birləşmənin nəticələri haqqında qərar qəbul etməlidir”, - Aİ-nin rəqabət üzrə komissarı Marqret Vestagerin bəyanatında deyilir.

Xatırladaq ki, Aİ tənzimləyiciləri 2014-cü ilin sonunda sosial şəbəkələr sektorunda rəqabət üçün heç bir təhlükə görmədiyindən "WhatsApp”ın satın alınmasına icazə verib.

Avropa Komissiyasının bəyanatında qeyd edilib ki, "Facebook” alışla bağlı tənzimləyiciləri xəbərdar edən zaman iki servisin istifadəçilərinin hesablarını bir-birinə bağlayan etibarlı avtomatlaşdırılmış sistem olmadığını bildiribmiş. Amma 2016-cı ilin avqust ayında "WhatsApp” servisdən istifadə şərtləri və konfidensiallıq siyasətinin yenilənməsini elan edərkən ora "WhatsApp” istifadəçilərinin nömrələrinin "Facebook” hesabları ilə birləşdirmək imkanını da əlavə edib.

Keçən il istintaqa başlayan Komissiya şirkətin yalan məlumatlar təqdim etdiyini, "Facebook" hesabları ilə "WhatsApp" nömrələri arasında əlaqənin texniki cəhətdən hələ 2014-cü ildə mümükün olduğunu aşkar edib.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Noyabr ayının bütün sosial ödənişləri yekunlaşdırılıb
Cəmiyyət 18:06
Noyabr ayının bütün sosial ödənişləri yekunlaşdırılıb
Bakıda avtobuslar üçün xüsusi svetofor istifadəyə verilib
Cəmiyyət 17:55
Bakıda avtobuslar üçün xüsusi svetofor istifadəyə verilib
Sulutəpədə ölən 2 bacının xalası danışıb
Cəmiyyət 17:22
Sulutəpədə ölən 2 bacının xalası danışıb
Dövlət Agentliyi: "Temu"nun Azərbaycanda qanunvericiliyi pozduğu müəyyən edilib
Cəmiyyət 17:15
Dövlət Agentliyi: "Temu"nun Azərbaycanda qanunvericiliyi pozduğu müəyyən edilib
Zaqatalada meşədə 80 yaşlı kişi itkin düşüb - FHN axtarır
Cəmiyyət 17:05
Zaqatalada meşədə 80 yaşlı kişi itkin düşüb - FHN axtarır
Yağıntılı hava davam edir - FAKTİKİ HAVA
Cəmiyyət 17:03
Yağıntılı hava davam edir - FAKTİKİ HAVA
Binəqədidə iki azyaşlı qızın ölümü qeydə alınıb
Cəmiyyət 16:02
Binəqədidə iki azyaşlı qızın ölümü qeydə alınıb
“Tam Store”da məhsul rəfdə göstərilən qiymətdən baha satılıb
Cəmiyyət 15:44
“Tam Store”da məhsul rəfdə göstərilən qiymətdən baha satılıb
Azercell-də “Super Cümə”: seçilmiş cihazlara 60%-dək endirim!
Cəmiyyət 15:27
Azercell-də “Super Cümə”: seçilmiş cihazlara 60%-dək endirim!
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol