• $
  • €
  • ₽
  • ₺
  • £

Tramp Ukraynada "Starlink"in zəifləməsində iştirakını inkar edib

Tramp Ukraynada "Starlink"in zəifləməsində iştirakını inkar edib
16.10.2026 23:48

ABŞ Prezidenti Donald Tramp Ukraynada “Starlink” peyk internet xidmətinin hərbi versiyası olan “Starshield” sisteminin işinin məhdudlaşdırılmasında iştirakını təkzib edib.

Tramp bu barədə Ağ Evin Cənub çəmənliyində jurnalistlərlə söhbətində bildirib.

“Bilmirəm, bunu kim edə bilərdi, çünki bunu edən mən deyildim. Düşünmürəm ki, bunu İlon (Mask) edib. Anladığım qədərilə, hər şey əvvəlki kimi qalır”, – o deyib.

“Reuters” agentliyi oktyabrın 15-də mənbələrə istinadən Ağ Evin Ukrayna hərbçilərinin istifadə etdiyi “Starshield” xidmətinə məhdudiyyət qoyulması barədə göstəriş verdiyini yazıb.

Məlumata görə, məhdudiyyətlər Ukrayna ordusunun bölmələri ilə qərargahları arasında rabitədə fasilələrə və internet sürətinin azalmasına səbəb olub, hərbi əməliyyatlara maneə yaradıb.

“SpaceX” şirkətinin rəhbəri İlon Mask daha əvvəl “X” sosial şəbəkəsində “Starshield” sisteminin ABŞ hökumətinə məxsus olduğunu və onun sürətinə və ya istifadəsinə dair məhdudiyyətlərin ABŞ hərbçiləri və prezident tərəfindən müəyyən edildiyini bildirib.

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Aralıq dənizində 3,8 maqnitudalı zəlzələ baş verib
Dünya 08:50
Aralıq dənizində 3,8 maqnitudalı zəlzələ baş verib
BMW yanğın riski səbəbindən ABŞ-də 720 mindən çox avtomobili geri çağırır
Dünya 23:49
BMW yanğın riski səbəbindən ABŞ-də 720 mindən çox avtomobili geri çağırır
Peru sahillərində 5,8 maqnitudalı zəlzələ qeydə alınıb
Dünya 23:00
Peru sahillərində 5,8 maqnitudalı zəlzələ qeydə alınıb
Türkiyə ilə Qətər arasında beş saziş imzalanıb
Dünya 22:35
Türkiyə ilə Qətər arasında beş saziş imzalanıb
Polşa Dəməşqdəki səfirliyinin fəaliyyətini bərpa etməyi planlaşdırır
Dünya 20:19
Polşa Dəməşqdəki səfirliyinin fəaliyyətini bərpa etməyi planlaşdırır
Hindistanda avtobusla yük maşını toqquşub, 23 nəfər ölüb
Dünya 19:01
Hindistanda avtobusla yük maşını toqquşub, 23 nəfər ölüb
Rusiya-Ukrayna münaqişəsi üzrə danışıqların növbəti raundu gələn həftə keçiriləcək
Dünya 22:42
Rusiya-Ukrayna münaqişəsi üzrə danışıqların növbəti raundu gələn həftə keçiriləcək
Türkiyədə hərbi helikopter qəzaya uğrayıb, 4 hərbçi həlak olub
Dünya 21:04
Türkiyədə hərbi helikopter qəzaya uğrayıb, 4 hərbçi həlak olub
Kubanıçbek Ömüralıyev Türk İnvestisiya Fondunun prezidenti təyin olunub
Dünya 19:28
Kubanıçbek Ömüralıyev Türk İnvestisiya Fondunun prezidenti təyin olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol