• $
  • €
  • ₽
  • ₺
  • £

"Bəniz" ləqəbli tiktoker 10 il 3 ay həbs cəzası alıb

"Bəniz" ləqəbli tiktoker 10 il 3 ay həbs cəzası alıb
06.08.2026 18:26

Hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilən "Bəniz" ləqəbli tiktoker Aybəniz Xəlilovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Bu barədə unikal məlumat yayıb.


Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fəxri Məmmədovun sədrliyi ilə keçirilən iclasda hökm elan olunub. Hökmə əsasən, Aybəniz Xəlilova 10 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.
Məhkəmə iclasında son sözlə çıxış edən Xəlilova özünü təqsirli bilmədiyini, ona qarşı irəli sürülən ittihamların əsassız olduğunu deyib.


Xatırladaq ki, dövlət ittihamçısı əvvəlki prosesdə onun 11 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.


İttihama görə, Aybəniz Xəlilova Cinayət Məcəlləsinin 182.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədilə hədə-qorxu ilə tələb etmə) və 221.3-cü (xuliqanlıq) maddələri ilə təqsirləndirilib.
Şikayətçinin ərizəsinə əsasən, tiktoker ondan hissə-hissə ümumilikdə 836 min manat tələb edib. Məlumata görə, tərəflər uzun müddət sevgili münasibətində olublar. Məhkəmə istintaqı zamanı isə zərərçəkmiş şəxs Aybəniz Xəlilovadan şikayətçi olmadığını bildirib.

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah güclü külək əsəcək - xəbərdarlıq
Baku 2015 16:37
Sabah güclü külək əsəcək - xəbərdarlıq
“Azərsun Holdinq” yerli fermerlərdən zeytun qəbulunu davam etdirir
Baku 2015 15:28
“Azərsun Holdinq” yerli fermerlərdən zeytun qəbulunu davam etdirir
DİN və ETSN birgə əməliyyat keçirdi - 150 illik ağacları kəsənlər tutuldu
Baku 2015 13:03
DİN və ETSN birgə əməliyyat keçirdi - 150 illik ağacları kəsənlər tutuldu
Azərbaycanda yağıntılı hava şəraiti davam edir - Faktiki hava
Baku 2015 16:36
Azərbaycanda yağıntılı hava şəraiti davam edir - Faktiki hava
Azərbaycanda yağışlı və küləkli hava davam edir, dağlara qar yağıb
Baku 2015 11:57
Azərbaycanda yağışlı və küləkli hava davam edir, dağlara qar yağıb
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Baku 2015 16:12
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Sabah yağış yağacaq - proqnoz
Baku 2015 12:27
Sabah yağış yağacaq - proqnoz
Bəzi yerlərə qar yağıb - faktiki hava
Baku 2015 09:55
Bəzi yerlərə qar yağıb - faktiki hava
Bakıda külək güclənib, bəzi yerlərdə yağış yağır - FAKTİKİ HAVA
Baku 2015 17:18
Bakıda külək güclənib, bəzi yerlərdə yağış yağır - FAKTİKİ HAVA
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol